Bundan əvvəl təqdim etdiyim MTN-nin "xarici kəşfiyyat şəbəkəsi" haqqında yazımda bu qurum tərəfindən Avropa ölkələrinə "yeridilən" ictimai-siyasi "fəalların" missiyaları haqqında yazmışdım. Həm də göstərmişdim ki, bir sıra hallarda bu şəxslərin siyasi sığınacaq almasında həmin ölkələrin müxtəlif dövlət qurumlarının birbaşa rolu olmuşdu. Təbii ki, söhbət həm də bu ölkələrin xüsusi xidmət orqanlarından gedirdi. İndi isə söhbət ikili agentlərdən gedəcək. Başqa sözlərlə desək, eyni zamanda iki dövlətə işləyən şəxslərdən. Belə agentlərdən istifadə xüsusi xidmət orqanlarının arsenalında olan və geniş tətbiq edilən praktikalardandır. Çünki kəşfiyyatlar həmin şəxslərdən bir-birinin plan və niyyətlərini öyrənmək, qarşı tərəfə yanlış məlumatlar ötürmək və digər bu kimi məqsədlər üçün istifadə edirlər. Burda təbii sual yaranır ki, peşəkarlıq səviyyəsi adi cinayətkar dəstələrin səviyyəsindən də aşağı olan Mahmudov MTN-ni Avropa ölkələrinin, məsələn, Almaniyanın və ya Fransanın kəşfiyyatından nəyi və necə öyrənə bilər? Hələ 2 il bundan əvvəl Böyük Britaniyanın MI-6 kəşfiyyat xidmətinin keçmiş əməkdaşı mediaya açıqlamasında postsovet ölkələrin xüsusi xidmət orqanlarından rəsmi yolla əldə olunan məlumatların güvənliliyi və informativliyi ilə bağlı demişdi ki, onlar hətta "Scotland Yardın" (Britaniya polisi) orta səviyyəli əməkdaşının əldə etdiyi məlumatlardan daha az tutumlu və az güvənlidir. İngilis casusla razılaşmamaq mümkün deyil. Xüsusilə də nəzərə alsaq ki, Mahmudov MTN-nin rəhbəri olduqdan bir neçə il sonra elə Azərbaycan polisinin də peşəkar əməliyyatçıları quldurluğa qurşanmış MTN əməliyyatçılarını peşəkarlıq baxımdan kölgədə qoymuşdu. Təbii ki, polisin siyasi sifarişlərlə əsasında keçirdiyi "əməliyyatları" nəzərə almasaq. Belə olduğu halda ortaya təbii sual çıxır ki, o zaman heç bir əməliyyat əhəmiyyəti kəsb etməyən agentlərdən ibarət bu şəbəkənin yaradılmasına göz yummaqda, bir sıra hallarda isə dəstək verməkdə Qərb ölkələrinin marağı nədən ibarət idi? Haqlı sualdır və cavabı da çox sadədir: bu agentlər Qərb ölkələrinə onların postsovet dövlətlərə münasibətdə həyata keçirdikləri siyasət üçün lazım idi və lazımdır. Həmin siyasətin nədən ibarət olduğu isə 3-cü yazıda ətraflı göstərilib. Qısaca olaraq təkrar edim: (2000-2005) həmin dövrdə Qərb postsovet ölkələrdə, o cümlədən də Azərbaycanda mərkəzləşmiş, avtoritar, qeyri-institusional idarəçilik modelinin tətbiqində. Məhz bu səbəbdən də həmin ölkələrdə müxalifət, media və digər vətəndaş cəmiyyəti institutları sistemli şəkildə dağıdılır, onlar rahat idarə olunan alternativlərlə əvəzlənirdi. Yeri gəlmişkən, həmin siyasət Azərbaycanla yanaşı Özbəkistana, Qazaxstana, Belarusa və hətta Rusiyaya münasibətdə də yürüdülürdü. Aydındır ki, Rusiya ilə bağlı ciddi suallar ortaya çıxır, amma onlara aydınlıq gətirmək üçün Qərb-Rusiya münasibətlərinin 2000-2012 illər dövrünü xatırlamaq kifayət edər. 2000-ci ildə Rusiya prezidenti postuna gələn Vladimir Putin həm ABŞ-la, həm də Avropa ölkələrilə dinamik inkişaf edən siyasi və iqtisadi münasibətlər qurmağa başlamışdı. Təsadüfi deyil ki, həmin dövrdə Rusiya iqtisadiyyatına tətbiq olunan Qərb investisiyaları sürətlə artırdı və məsələn, təkcə 2007-ci ildə onun həcmi 100 milyard dollardan artıq olmuşdu. Azad hüquqi və iqtisadi mühiti olmayan Rusiyada bu həcmdə investisiyaya yalnız mərkəz - Kreml, daha doğrusu Kremlin sahibi təminat verə bilərdi. Qazaxtanda, Özbəkistanda, Türkmənistanda və Azərbaycanda da eynilə Rusiya kimi bütün məsələləri Bir Nəfərlə həll etmək Qərb transmilli korporasiyaları üçün yetərincə cəlbedici görünürdü və elə bu səbəbdən də ən müxtəlif beynəlxalq qurumlar və institutlar postsovet ölkələrdə demokratik, hüquqi cəmiyyətin qurulmasını yalnız imitasiya edirdilər, əslində isə bütün proses sistemli şəkildə tamamilə əks istiqamətdə gedirdi (daha doğrusu, aparılırdı). Başqa bir misal: Avropanın sonuncu diktatoru adlandırılan Aleksandr Lukaşenkonun 20 ilə yaxındır təkbaşına idarə etdiyi Belarusa ən çox investisiya yatıran Avtriya və İsveçrə şirkətləridir (ildə 3,5 - 6,5 milyard dollar arası). Təbii ki, bu həcmdə investisiyaların tətbiqi, oturuşmuş bazar münasibətləri və hüquqi tənzimləmə mexanizmləri (qanunun aliliyi, müstəqil məhkəmə sistemi və s.) olmayan ölkələrdə ikitərəfli siyasi anlaşma olmadan mümkün deyil. Lakin transmilli korporasiyalara belə xidməti yalnız ölkələrinin diplomatları, siyasətçiləri, qeyri-hökumət təşkilatları təmsilçiləri göstərə bilər ki, bu da onların vəzifə öhdəliklərinə daxil deyil. Amma... ABŞ senatoru, Demokratlar Partiyasından prezidentliyə iddialılardan olmuş Berni Sanders The Washington Post qəzetində dərc etdiyi məqaləsində yazır: 1998-2015 illərdə təkcə 5 əczaçılıq şirkəti Vaşingtondakı təxminən 1400 nəfərlik lobbiçilərinə 3 milyard dollar vəsait xərcləyiblər. İldə adambaşına təxminən 120 min dollar. Başqa bir misal: ABŞ Konqresinə namizədlərin seçki kampaniyası xərcləri təşminən 10 milyon dollar təşkil edir ki, bu məbləğ də tam olaraq ianələr hesabına toplanır. Məncə əlavə şərhə ehtiyac yoxdur. Bu hissəni ətraflı yazmaqda məqsədim ianələr, lobbiçilik adları altında leqallaşmış Qərb siyasi korrupsiya sisteminin anatomiyasını və işləmə mexanizmlərini az da olsa təsvir etməkdən ibarət idi.
İndi isə qayıdaq Azərbaycana. Nə qədər inandırıcı görünməsə də, bu, faktdır ki, Azərbaycandakı müxalif düşüncəni və hərəkatı Belarusda, Mərkəzi Asiya ölkələrində (xüsusilə Özbəkistan və Qazaxstanda) olduğu kimi boğaraq tam sıradan çıxarmaq mümkün olmadı. Zaman-zaman üzləşdiyi uğursuzluqlardan çıxaraq dirçələn müxalif düşüncə siyasi arenaya dönərək hələ də mövcud olduğunu göstərdi. Belə olduqda fərqli bir modelə əl atıldı - demokratik, hüquqi, azad və ədalətli cəmiyyət uğrunda mübarizədən çəkinmək istəməyən fəal kəsimi yanlış - səmərəsiz mübarizə yoluna yönəltmək. Elə burda da yerli hakimiyyətlə razılaşdırılmış saxta liderlərə, vətəndaş cəmiyyəti fəallarına, media qəhrəmanlarına ehtiyac yaranır. Beyin mərkəzləri tərəfindən müvafiq texnologiyalar işlənib hazırlanır, və tətbiq olunur. Amma yerli hakimiyyətlə əldə olunan bu cür anlaşmaların etibarlı olması, qarşılıqlı etimad üzərində qurulması üçün irəli çıxarılacaq fiqurlar da razılaşdırılmalıdır. Beləliklə də anlaşma əldə olunur və ölkədəki narazı kəsimin önünə faktiki ikili agent olan saxta fəallar çıxarılır ki, onlar da istisnasız olaraq bütün kritik məqamlarda verilmiş təlimatlar üzrə hərəkət edir və bununla da mübarizəni dalana apararaq, fəal kəsimin mübarizə əzmini sındırır, onun öz uğuruna inamsızlığını artırır, kəmiyyət və keyfiyyət baxımdan bir qədər də zəiflədir. Bu, onların yeganə fəaliyyət müstəvisi deyil. İkili agentlər aldıqları sifarişlər əsasında həmçinin ideoloji diversiya da həyata keçirirlər ki, bunun da ən geniş yayılmış forması cəmiyyətdə əsrlər boyu formalaşmış və oturuşmuş, cəmiyyətdaxili münasibətlər sistemində zəruri tənzimləyici mexanizmə çevrilmiş dəyərləri gözdən salmaq, onları keçmişin qalıqları kimi təqdim etmək və psevdodemokratik, psevdoliberal "dəyərlərlə" əzəvləmək kimi təbliğat aparırlar. Belə təbliğat onların ixtiyarında olan və səxavətlə maliyyələşdirilən müxtəlif informasiya resursları vasitəsilə həyata keçirilir ki, bu da son nəticədə "uğursuz cəmiyyət" sindromunun yaradılmasına xidmət edir. Dəyərlər sistemi dağıdılmış, saxta qəhrəmanları olan, sosial-iqtisadi sıxıntılara, haqsızlığa, ədalətsizliyə, təzyiq və təqiblərə məruz qalan cəmiyyətin uğur qazana biləcəyi isə heç nəzəri cəhətdən də inandırıcı deyil. İkili agentlər isə bu əvəzsiz xidmətləri müqabilində həm hakimiyyət tərəfindən təzyiqlərə məruz qalması imitasiyası ilə bütləşdirilir, həm də sponsorları tərəfindən səxavətlə mükafatlandırılırlar. İkili agentlərin fəaliyyətinin mühüm elementlərindən biri də təhrikçilikdir ki, bunun da sayəsində yeni-yeni siyasi məhbuslar ordusu yaradılır, cəmiyyətdə xof və qorxu yayılır, mübarizə aparanların bir-birinin ünvanına satqınlıqda ittihamlar və daxili çəkişmələr artırılır. Bütün bu proses isə beynəlxalq hüquq müdafiə təşkilatlarının çağırışları, müxtəlif beynəlxalq səviyyələrdə hakimiyyətin ünvanına tənqidi qərar və qətnamələrin qəbulu ilə müşaiyət olunur. Daha doğrusu, boş sözlərdən o yana keçməyən addımlarla...
Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
ReplyDeletewhatsapp nömrəsi + 1- (989-394-3740)