Sunday, March 31, 2019

Azərbaycan yolayrıcında

Neft hasilatının və neft qiymətlərinin yüksək olduğu dövrdə özünü beynəlxalq aləmlə və xarici ölkələrlə siyasi əməkdaşlıqdan maksimum təcrid edən Azərbaycan hakimiyyəti prioritetləri olmayan xarici siyasətini "balanslaşdırılmış" ifadəsilə pərdələyirdi. Hələ o zaman biz də daxil olmaqla siyasi ekspertlərin bir çoxunun "bu, prioritetsiz xarici siyasət ölkəni təkcə təcrid etməyəcək, hətta çarpaz "atəş" altına atacaq" xəbərdarlığını heç cür qəbul etmək istəmirdi və bu da təbii idi. On milyardlarla neft gəlirlərinin mənimsənilməsi müttəfiqlik qurmaq, tərəfdaşlar qazanmaq, ölkənin maraqlarını qorumaq üçün onu mühüm beynəlxalq institut və qurumlara inteqrasiya etmək kimi məsələlərdən daha önəmli idi. Amma neft erasının bitməsilə üst-üstə düşən qlobal siyasi mənzərənin kəskin dəyişməsi öz fəsadlarını göstərdi. O zaman söylədiyimiz də elə bu gün baş verənlərdir. Bəs Azərbaycanda, onun ətrafında və dünyada bu gün nə baş verir ki, biz onların yaratdığı təhdidləri nəzərə almaya bilmərik? İlk baxışdan sadə görünən bu suala cavab tapmağa çalışaq.
Bir qədər əvvəl Azərbaycan rəhbərliyi yuxarıdan qeyd etdiyim kimi, yalnız sözdə mövcud olmuş "Balanslaşdırılmış xarici siyasət kursunun" başa çatdığını bəyan etdi. Deməli indi Azərbaycan tərəflərdən birini seçməlidir. Amma 2000-2010 illərin ortalarında həmin "tərəflər" əsasən 2 idisə (Qərb və Rusiya), bu gün onların sayını müəyyən etmək belə asan deyil. Əlbəttə ki, bizi ilk növbədə Cənubi Qafqaz bölgəsində maraqları olan və oraya can atan güclər maraqlandırmalıdır. Amma hətta bu halda da global geosiyasi amilləri və tendensiyaları nəzərə almamaq mümkün olmayacaq. Əvvəla, onu qeyd edək ki, nə dərəcədə təəccüblü səslənsə də, artıq vahid Qərb yoxdur. Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-ın yürütdüyü özünütəcrid siyasəti (buna "antiqlobalizm" də demək olar) bu ölkənin ilk növbədə Avropa Birliyi və eyni zamanda NATO üzvü olan müttəfiqlərilə münasibətlərinə ciddi xətər yetirdi və tərəflər arasındakı ziddiyyətlər bu gün də durmadan dərinləşməkdədir. Bu isə İkinci Dünya Müharibəsindən sonrakı 70 il ərzində qlobal təhlükəsizliyə mühüm töhfələr vermiş Avroatlantik təhlükəsizlik sisteminin laxlaması deməkdir. Təsadüfi deyildi ki, Donald Trampın ABŞ prezidenti qismində ilk dəfə iştirak etdiyi NATO sammitindən həmən sonra Almaniya kansleri Angela Merkel "Son günlər biz əmin olduq ki, Avropa öz təhlükəsizliyi haqda özü düşünməlidir" bəyanatını verdi. ABŞ liderinin Brexiti dəstəkləməsi, Avropadakı sağ radikallara açıq simpatiya ifadə etməsi və bir sıra Avropa ölkələrinin liderlərinə (Fransa və Baltikyanı ölkələr) Avropa Birliyindən çıxmaq təklifi verməsi bu dezinteqrasiyanın ilk baxışdan göründüyündən daha ciddi və daha dərin olduğuna işarə edir. Əslində belə bir dinamika müəyyən şərtlər çərçivəsində bir sıra Avropa ölkələrini də qane edir. Məsələn, İkinci Dünya Müharibəsindən sonra qlobal siyasətdən kənarlaşdırılmış Almaniya üçün bu, bir növ qlobal gücə çevrilə bilmək mənasında tarixi şans deməkdir. Xüsusilə də onun bugünkü iqtisadi qüdrəti, texnoloji inkişaf templəri və müsbət beynəlxalq imici çərçivəsində. Bu məsələdə tərəfdaş olaraq Almaniyanı seçmək həm də Fransanın marağındadır. Nüvə dövləti və BMT TŞ-nın daimi üzvü olan Fransa Brexitdən sonra Almaniya ilə birlikdə eyni dividendləri əldə etmiş olur. Başqa sözlərlə, qlobal güc mərkəzlərindən birinin "həmtəsisçisinə" çevrilir. Bu isə hər iki dövlət üçün tamamilə yeni, fərqli status və imkanlar deməkdir. Təsadüfi deyil ki, iki ölkə artıq həmin istiqamətdə real addımlar atmağa da başlayıb. Məsələn, Almaniya ilə Fransa arasında 5-ci nəsil qırıcı-bombadmançı təyyarələrin və müasir tankların birgə istehsalı barədə anlaşma əldə olunub. Amma Tramp administrasiyasının xarici siyasətindəki ABŞ üçün yeni çalarlar bununla bitmir. Rusiya, Çin, Türkiyə və İran kimi ölkələrlə də eyni zamanda təzyiq və sanksiyalar dili ilə danışan ABŞ özünü təcrid etməklə yanaşı, həm də əvvəllər təsəvvür etmək belə mümkün olmayan yeni tərəfdaşlıq bloklarının yaranmasına təkan verir.
Belə bloklardan biri də Azərbaycanı və Cənubi Qafqazı əhatə edən Rusiya-Türkiyə-İran üçbucağıdır. Aralarındakı bütün ziddiyyətlərə rəğmən, bu, 3 ölkə bir məsələdə - ABŞ-ın artan təzyiqlərinə müqavimət göstərməkdə tərəfdaş olmağa məcburdur. Hələ 2 il bundan əvvəl bu geosiyasi konstruksiyanı "Azərbaycan üçün Bermud üçbucağı" adlandırmışdım. Bugünkü vəziyyətdə rəsmi Bakı həmin üçbucağa qarşı hansı alternativi seçə bilər? İlk növbədə bunu qeyd edək ki, alternativə ehtiyac var, çünki üçbucaq ölkələrinin Azərbaycana münasibətindəki sinxron neqativ çalarlar özünü açıq şəkildə göstərməkdədir. Məsələn, 3 ölkə prezidentinin bu il fevralın 14-də baş tutan Soçi görüşündə Qarabağ münaqişəsinin gündəliyə daxil edilməməsi və görüşün ardınca Azərbaycana qarşı atılan addımlar bunu söyləməyə əsas verir. Görünür, elə bu səbəbdən də (həmçinin hakimiyyətdaxili siyasi və sosial-iqtisadi səbəblərdən) Azərbaycan hakimiyyəti (daha dəqiq desək, onun bir hissəsi) daxili siyasətdəki davranışının kəskin şəkildə dəyişməsi imitasiyasına başladı. Amma bu, heç də Rusiya-Türkiyə-İran üçlüyü ilə münasibətlərin yaxşılaşdırılmasına hesablanmış addımlar deyildi. Azərbaycan Avropa Birliyi ilə illər boyu bütün mümkün olan yollarla yayındığı tərəfdaşlıq sazişini imzalamağa hazır olduğu mesajını verdi, Avropa institutlarının siyasi məhbus hesab etdiyi şəxslərin 52 nəfəri əfv edildi, İlham Əliyev xalqla daha yaxından ünsiyyətə başladı. Bu, hakimiyyətdaxili parçalanmanın əlaməti olmaqla yanaşı, həm də parçalanmış tərəflərin müxtəlif (bəlkə də diametral zidd) xarici siyasət prioritetləri, daha dəqiq desək, vektoru olmasının siqnalları idi. Bu siqnallardan biri də İlham Əliyev Avstriya səfərinə yollanan kimi onun təzəcə əfv etdiyi keçmiş siyasi məhbuslara təzyiqlərin (o cümlədən 2 həftə əvvəl həbsdən azad olunmuş "heykəl məhbusu" Bayram Məmmədova 1 aylıq inzibati həbs cəzasının verilməsi) başlanması oldu. İstisna deyil ki, bunlar həm də daha böyük müqavimətin ola biləcəyinə eyham vuran və İlham Əliyevin birbaşa özünə ünvanlanan mesajdır.
Maraqlıdır ki, İlham Əliyevin Avstriya səfəri ilə eyni vaxtda ona yaxın sayılan bir qrup MM üzvü də Vaşinqtona səfər etdi və qrupun üzvü Səməd Seyidov ABŞ-dan ölkədə keçirildiyini iddia etdiyi islahatlara dəstək istədi. Deputat Asim Mollazadə isə bir qədər də uzağa gedərək, qeyd etdi ki, dəyiçikliklər üçün islahatçılar lazımdır və bu mənada gəncliyə ABŞ-dan və Avropadan dəstək verilməlidir, bizə hər şeyə nəzarət etmək kimi sovet ənənəsinə bağlı olmayan məmurlar lazımdır. Deputat Mollazadənin hansı gəncliyə və hansı sovet tipli məmurlara eyham vurduğunu isə anlamaq heç də çətin deyil. Amma sual olunur ki, bu gün Vaşinqtonun Azərbaycana marağı nə dərəcədə böyükdür və o maraq ümumiyyətlə varmı? Başqa bir sual da Vaşinqtonda İsrailin vassalı kimi tanınan bir ölkəyə münasibətin necə olmasıdır, çünki bugünkü ABŞ siyasətində İsrailin özünə münasibət heç də birmənalı deyil. Nəhayət, deputatların keçirdikləri görüşlərin formatı da ən azı elə həmin iki məqamı bir daha açıq təsdiqlədi: Azərbaycana maraq yox dərəcəsindədir və deputatlar keçirdikləri görüşlər, verdikləri məlumatlarla da bəlkə də bilmədən (!?) Azərbaycanı elə vassal dövlət kimi təqdim etdilər. Bunu isə Azərbaycan hakimiyyətinə yaxın medianın yaydığı məlumatlardan da açıq-aydın görmək olar: deputatlar Vaşinqtonda İsrail lobbiçilərindən savayı faktiki olaraq heç bir ABŞ siyasi dairələri ilə görüşməyiblər. Amma elə həmin vaxt Nyu Yorkda erməni icması qarşısında çıxış edən Ermənistanın Müdafiə naziri Tonoyanın Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələməsi də nəzərdən qaçmamalıdır. Yüksək ehtimalla, Tonoyan Rusiyanın mesajını verirdi.
İnd isə qayıdaq Azərbaycanın Avropa Birliyi ilə mümkün əməkdaşlığının perspektivlərinə. Yuxarıda qeyd etdiyim kimi, bu gün ABŞ-la kifayət qədər soyuq münasibətlərdə olan Avropa Rusiya ilə münasibətlərini maksimal dərəcədə balanslaşdırmağa çalışır, çünki təsirli hərbi və siyasi güc mərkəzinə çevrilənədək Avropa ya mümkün Rusiya təhdidlərindən qorunmalı, ya da ABŞ-ın "yanına qayıtmalıdır". Amma belə görünür ki, Avropada bütün risklərə baxmayaraq, ikinci yolu seçiblər. Bu mənada kansler A. Merkelin ABŞ vitse-prezidenti M. Pensə Rusiya ilə enerji əməkdaşlığının (həmçinin də Çin və İranla əməkdaşlığın) davam etdiriləcəyilə bağlı sərt mesajı elə məhz həmin mətləbdən xəbər verir. Belə olduğu halda isə Avropa Rusiyanın öz maraq dairəsi saydığı bölgələrə, o cümlədən də Azərbaycana münasibətində kifayət qədər ehtiyatlı olacaq. Məsələn, Azərbaycanla tərəfdaşlığı rəsmiləşdirmək üçün qeyri-məqbul şərtlər irəli sürəcək və ya sadəcə, məsələni uzadacaq. Eynilə Azərbaycanın illər boyu etdiyi kimi...
Bütün bunları və son illər ölkənin həm iqtidar, həm də qismən müxalif siyasi kəsiminə Rusiya təsirlərinin artmasını nəzərə alaraq, bu gün də demək olar ki, Azərbaycanın siyasi gələcəyi daha çox Rusiyadan asılıdır. "Bu gün də" ona görə deyirəm ki, bu fikri hələ 2017-ci ilin iyununda Azadlıq Radiosuna müsahibəmdə söyləmişdim.
http://arastunorujlu.blogspot.com/2017/06/azadliq-radiosun-son-musahibm.html
Təəssüf ki, 2 ildən sonra fərqli qənaətə gəlmək üçün heç bir əsas görmürəm. Əksinə...       

Thursday, March 28, 2019

Əsrin cinayətini törədənlər niyə cəzasız qalmaqdadır?

2018-ci ilin  əvəllərində Ermənistana casusluq saxta ittihamı ilə tutulan 6 hərbçinin işgəncələrdən öldüyünü yazmışdım. Bir müddət sonra bu mövzunun bir sıra media orqanlarında hallanmasına cavab olaraq, hərbi prokuror Xanlar Vəliyev artıq keçmiş APA agentliyinə müsahibəsində "satqınların" məhkəməsinin Novruz bayramınadək (2018-ci ilin) başlanacağını demişdi. Başqa sözlərlə, məhkəmə 1 il əvvəl başlamalı idi, amma bu günədək 1 nəfərin də casusluq ittihamı ilə bağlı mühakimə olunduğu məlum deyil. Əksinə,hərbçilərin öldürülməsinə reaksiyalar başqa bir məhkəmə prosesinin başlanmasına start verdi - saxta ittihamla həbs olunmuş hərbçilərə verilmiş işgəncələrin icraçısı olan digər hərbçilərin qapalı məhkəməsi. Bəli, məhz icraçıların. Həmin vaxt məsələni araşdıranda Bakıdakı mənbələr saxta ittihamla həbs olunanlara işgəncə verənlərin məhz Müdafiə Nazirliyinin xüsusi təyinatlıları olduğunu bildirmişdi və etiraf edək ki, bu, bizdə xeyli suallar doğurmuşdu. Amma zaman keçdi və məlum oldu ki, Azərbaycan Ordusunun saxta ittihamlarla həbs olunmuş hərbçilərinə işgəncələr verərək öldürənlər həqiqətən elə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin hərbçiləri olublar. Öz hərbçi yoldaşlarına sözün həqiqi mənasında vəhşicəsinə işgəncələr (bu işgəncələrin nədən ibarət olması haqda bir qədər sonra) verənlərin "hansı motivləri ola bilərdi?" və "həmin iyrənc işgəncələri icra edənlər belə vəhşiliyə necə sövq oluna bilərdi?" kimi suallar o dərəcədə anlaşılmazlıqlar yaradırdı ki, araşdırmanın hər addımında dönə-dönə bu qənaətə gəlirdik ki, bəlkə əldə etdiyimiz məlumatlar bizi əsas hədəflərdən yayındırmağa yönəlmiş məqsədyönlü dezinformasiyadır?  Amma araşdırmamış göstərdi ki, xeyr, zərərçəkmiş əsgərlərə işgəncə verənlər məhz həmin Daxili Təhlükəsizlik İdarəsinin xüsusi təyinatlıları olub və işgəncələrə əmr verən də həmin idarənin rəisi, polkovnik Ramil Əkbərov olub. Bundan sonra Bakıda olduğumdan araşdırmanı daha dərindən və şəxsən aparmaq imkanı qazandım və hər dəfə əldə etdiyim məlumatlar məndə sözün həqiqi mənasında şok effekti yaradırdı. Amma əvvəlcə qayıdaq işgəncələrdən ölənlərin sayına və hərbçilərimizə verilmiş işgəncələrin xarakterinə. Həmin "casus əməliyyarı" dövründə Müdafiə Nazirliyinin 250-dən yuxarı hərbçisi Hərbi Prokurorluq tərəfindən Ermənistanın xeyrinə casusluqda şübhəli bilinərək istintaqa cəlb olunub. İstintaq zamanı onlardan 200 nəfərdən çoxu aldığı ağır fiziki və psixoloji travmalardan sonra faktiki əlillik durumuna çatdırılıb, 14 nəfər isə işgəncələr verməklə vəhşicəsinə qətlə yetirilib. İşgəncələrə məruz qalanların başına torba keçirilərək (işgəncə verənlərin öz əsgər yoldaşlarını üzdən tanıyaraq xüsusi qəddarlıq etməyəcəyindən ehtiyat edərək), əlləri-ayaqları bağlı vəziyyətdə ağır döyülməsindən tutmuş ac-susuz saxlanılmasına qədər, işgəncələr nəticəsində alınmış yaralara təkrar fiziki zərbələrdən tutmuş onların daxili orqanlarına butulka və digər cisimlərin yeridilməsinədək amansız və vəhşi əməllər törədilib. İşgəncələr zamanı əsgərlər öldükdə isə onların eybəcər hala salınmış cəsədlərini gizlincə gətirib (bir sıra hallarda ailələrinə belə öncədən xəbər vermədən) yaşayış yerlərindəki məzarlıqlarda dəfn ediblər. Amma bu da hələ məsələnin hamısı deyil Öldürülən hərbçilərin ailələri bir sıra hallarda Müdafiə Nazirliyinin rəsmiləri ilə yanaşı həm də yerli icra hakimiyyəti başçıları və polis rəsmiləri tərəfindən onlar səslərini çıxarsalar, daha pis vəziyyətə düşəcəklərilə təhdid olunublar. Qətlə yetirilmiş Azərbaycan hərbçilərinin bəzilərinin azyaşlı uşaqları "Vətən xaininin uşaqğı" adı ilə oxuduqları məktəblərdə psixoloji təzyiqlərə məruz qalmış, bəziləri isə hətta məktəbdən knarlaşdırılıblar. Və, bütün bunlar 21-ci əsrdə hüquqi dövlət adlandırılan Azərbaycan Respublikasında baş verib. Bundan başqa, saxta ittihamla həbs olunanların telefon zəngləri araşdırılarkən onlarla zəngləşmiş insanlar Hərbi Prokurorluq tərəfindən təhdid olunaraq külli miqdarda rüşvət verməyə məcbur ediliblər. Xatırladıram ki, söhbət yüzlərlə heç bir günahı olmayan insandan gedir. Heç bir halda istintaq adlandırıla bilməyəcəyimiz bu vəhşiliyə rəhbərlik edən və Rusiya ilə əlaqələri olan hərbi prokuror Xanlar Vəliyevin cinayətkar motivlərini anlamaq olar, amma sual olunur ki, bu quruma nəzarət səlahiyyətinə malik olan Respublika Prokurorluğu və şəxsən Baş prokuror Zakir Qaralov bütün bu cinayətlərə niyə göz yumub? Ölkənin digər hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti niyə zamanında düşməncəsinə qətlə yetirilənlərin Ali Baş Komandanı olan dövlətin başçısını məlumatlandırmayıb? Əgər məlumatlandırıbsa, o zaman o, yəni, İlham Əliyev niyə tədbir görməyib və bu gün də həmin xinlərə qarşı hər hansı addım atacağı görünmür? Axı bu qətllər, işgəncələr bir neçə gün və hətta bir neçə həftə ərzində baş verməyib, aylar ərzində həyata keçirilib. Nəhayət, bu gün qətlə yetirilmiş hərbşilərin ailələrinin etirazları niyə eşidilmir? 

Məsələ isə kifayət qədər sadədir. Bütün bu cinayətlər 2016-cı ilin aprelində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlardan qaynaqlanır. Hələ o zaman ordunun real itkiləri və onların səbəbləri ictimai rəydən gizlədildi. İrəli gedən ordu hissələrinə nəinki dəstək olmamışdı, hətta onların koordinatları düşmənə ötürülmüşdü. Təbii ki, düşmənin hərbi müttəfiqi olan Rusiya vasitəsilə və bu "de facto" casusluq Müdafiə Nazirliyinin yüksək rəsmiləri tərəfindən edilmişdi. Məhz elə buna görə də həmin o saxta casusluq ittihamları verilən hərbçilərin hamısı Goranboy qarnizonunun hərbçiləridir. Deməli, satqınlar özünü qorumaq və ordunun ağır itkilərinin əsl səbəbini (özlərinin satqınlığını) gizlətmək üçün günahsız insanlara işgəncələr verməklə onların xəyanəti boynuna götürməsini istəmişdilər. 
O zaman başqa bir sual ortaya çıxır ki, əgər işgəncələr nəticəsində 14 insan ölübsə və 200-dən çoxu faktiki əlil edilibsə, bu işgəncələrə birbaşa rəhbərlik edənlər niyə həbs olunmurlar? Bunun cavabı isə çox sadədir: məsələ burasındadır ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, başqa sözlərlə baş cəllad, polkovnik Ramil Əkbərov Baş Qərargah rəisi  Nəcməddin Sadıkovun bacısı oğludur və təbii ki, bütün bu amansızlığı dayısının tapşırığı olmadan həyata keçirə bilməzdi. Burdan da növbəti sual ortaya çıxır ki, Müdafiə Nazirliyində əsas söz sahibi olan, Rusiya general-qubernatoru Nəcməddin Sadıkov bu yolla kim(lər)in əsl satqın və xəyanətkar olması faktını gizlətməyə çalışırdı? Müdafiə Nazirliyindən Rusiyaya məxfi məlumatları kim ötürə bilərdi və ümumiyyətlə hərbi əməliyyatı sabotaj etməyə kimin səlahiyyəti və gücü çata bilərdi? Amma gürdüyümüz kimi, bütün bu suallar cavabsız qalmaqdadır və ən başlıcası da Azərbaycan Ordusuna qarşı törədilmiş ağlasığmaz miqyasda qeyri-insanı vəhşiliyə bu günədək İlham Əliyev niyə reaksiya vermir? Əminliklə deyə bilərik ki, bu sual da cavabsız qalacaq, amma bir şeyi də əminliklə deyə bilərik ki, biz, öz vətəndaşlıq borcumuzu anlayaraq bu dəhşətli cinayətin bütün detallarını açıqlamaqda davam edəcəyik, çünki cinayətkarlar azadlıqda, yüksək dövlət vəzifələrində, Müdafiə Nazirliyi və Hərbi Prokurorluq kimi dövlətin dayağı olmalı olan qurumların rəhbərliyində yox, həbsxanalarda olmalıdılar. Biz israrla buna nail olmağa çalışacağıq ki, 200-dən artıq mənəvi və fiziki işgəncələrə məruz qalmış hərbçimiz, 14 nəfər qətlə yetirilmiş əsgərimiz rəsmi qaydada bəraət alsınlar və onlardan üzr istənilməklə yanaşı, onlara həm də maddi kompensasiya ödənilsin. Halbuki, həmin o işgəncələrin nətcələrinin hansısa kompensasiyalarla aradan qaldırmaq mümkün olduğunu düşünmürük. Biz əlimizdə olan bütün faktları cəmiyyətin diqqətinə çatdıracağıq ki, insanlar bilsin ki, saxta ittihamlarla kütləvi həbslər ərəfəsində həmin Ramil Əkbərov Prezident Administrasiyasının təkidilə işdən kənarlaşdırıldıqdan sonra Nəcməddin Sadıkov cəmi bir neçə gün ərzində onun bərpasına kimin vasitəsilə, niyə və necə nail olubdur? Məgər bu faktın özü göstərmirmi ki, Azərbaycan Orudusuna qarşı bu cinayət əvvəlcədən planlaşdırılmış olub? 
Hələlik isə son sualımız budur: cinayətkar əmri vermiş hərbi prokurur Xanlar Vəliyevin, Nəcməddin Sadıkovun, Zakir Həsənovun rəhbərlik etdiyi silahlı qüvvələrlə ölkənin təhlükəsiliyi, onun ərazi bütövlüyü təmin oluna bilərmi? Bu sualın cavabı isə hər kəsə məlumdur. 


P.S.:  Son günlər Azərbaycan Ordusuna qarşı bu ağır cinayəti törədənlər mediada əks-kampaniyaya başlayıblar. Adını "hərbi ekspert", "hərbçilərin hüquqlarının müdafiəçisi" qoymuş və "... son vaxtlar bir sıra elektron media resurslarında və sosial şəbəkələrdə bəzi valideynlərin Müdafiə Nazirliyini, Respublika Hərbi Prokurorluğunu hədəfə alan, yalan dolu müraciətləri və şərhləri geniş yayılmağa başlayıb..." kimi iddialarla çıxış edənlərə xarıtlatmaq istərdik ki, ağır dövləti cinayət törətmiş şəxsləri istənilən şəkildə müdafiə edənlər onların cinayətlərinə şərik çıxmış olurlar. Bir də, bunu unudanlara xatırlatmaq istərdik ki, orduda zabit şərəfi deyilən bir anlayış var. O, varsa əlbəttə... 


(Davamı var)

Tuesday, March 26, 2019

Yaxın Şərq: Barıt çəlləyi partlayacaqmı?

Martın 25-də ABŞ prezidenti Donald Tramp 1967-ci ildən İsrailin işğal altında saxladığı və 1981-ci ildə İsrail parlamentinin (Knessetin) müvafiq qanun qəbul edərək, birtərəfli qaydada İsrail ərazisi kimi tanıdığı, əslində isə Suriyaya məxsus olan Colan Yüksəkliklərini İsrail ərazisi kimi tanımaq barədə sənəd imzaladı. Bu başdan qeyd edim ki, ABŞ prezidentinin ilk belə qanunsuz qərarı olmayan bu "tanıma" sürpriz deyildi, çünki Tramp və onun komanda üzvləri bu haqda artıq xeyli əvvəl dəfələrlə anons vermişdilər. Məsələnin həm qanunsuz, həm də ədalətsiz olmasını xüsusi vurğulamağa ehtiyac olmadığından, bu yazımda onun başqa aspektlərinə və mümkün nəticələrinə toxunmaq istərdim. Amma öncə ABŞ-ın qeyri-ordinar prezidentinin bir sıra eyni xarakterli qərarlarını da xatırlamaq burda tam yerinə düşərdi. Bir qədər əvvəl D. Tramp özünü ölkə prezidenti elan eləmiş Venesuela Milli Assambleyasının başçısı Xuan Quaydonu da prezident kimi tanımışdı. Ondan əvvəl isə ABŞ prezidenti Fələstinlə bağlı beynəlxalq sazişlərə tam zidd olaraq Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanıyaraq, ABŞ səfirliyinin ora köçürülməsinə də qərar vermişdi. Bundan əlavə, prezident İranla 6 aparıcı dövlətin imzaladığı İranın nüvə proqramına dair sazişdən ABŞ-ın birtərəfli qaydada çıxmasına qərar vermişdi. Gördüyümüz kimi, prezident Tramp özünün ilk növbədə düşünülməmiş kimi görünən qərarları ilə dünyanın müxtəlif bölgələrində sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Amma zənnimcə "düşünülməmiş kimi" dəyərləndirməsi heç də dəqiq olmadı. Odur ki, məsələnin arxa planına, onun görünən və ilk baxışdan görünməyən səbəblərinə diqqət yetirmək yerinə düşərdi.

Bunun üçün Trampın necə və hansı şəraitdə prezident seçilməsi ilə bağlı bir sıra detalları yenidən xatırlamalı olacağıq. Hələ o zaman ABŞ siyasətində onillər ərzində formalaşmış və oturuşmuş siyasi etiketi və korrektliyi ən ağlasığmaz davranışlarilə və ən kobud şəkildə pozan namizəd Trampa demokratik dünya liderləri öz neqativ münasibətini gizlətmirdilər. Lakin elə həmin dövrdə onu tam açıq da olmasa dəstəkləyən məhz İsrailin indiki Baş naziri Benyamin Netanyahu idi ki, onun yaxın dostu və tərəfdaşı sayılan yəhudi əsilli Amerika milyarderi Natan Adelson da namizəd Trampın əsas sponsorlarından biri idi. Netanyahu Tramp prezident seçildikdən sonra Vaşinqtona səfər edərək, hələ vəzifəsinin icrasına başlamayan yeni ABŞ prezidenti ilə görüşən ilk xarici dövlət və hökumət başçılarından idi. Amma iki şəxsin münasibətlərində ən maraqlı mərhələ Tramp səlahiyyətlərinin icrasına başlayandan həmən sonra baş verdi. Yeni ABŞ prezidentinin İsrailin Baş naziri ilə yaxın şəxsi münasibətlərdə olan kürəkəni Cared Kuşner Ağ Evə Baş məsləhətçi, Ceyson Qrinblatt prezidentin müşaviri, beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə və David Fridman isə ABŞ-ın İsraildəki səfiri təyin olundu. Xatırladım ki, hər 3 şəxs İsrailə xüsusi yaxın münasibəti ilə seçilməklə yanaşı, həm də ABŞ-ın Trampı dəstəkləyən mühafizəkar yəhudi kəsiminə mənsubdur. Onları birləşdirən digər ümumi bir cəhət isə ixtisasca hüquqşünas olan hər 3-nün bir gün də olsun siyasi fəaliyyətinin olmaması idi. İş o yerə çatdı ki, bir qədər sonra ABŞ prezidentinin administrasiya rəhbəri (artıq keçmiş) Con Kelli prezident Trampın kürəkəni baş müşaviri Jared Kuşnerin "tam məxfi" məlumatlara çıxış imkanını məhdudlaşdıraraq, "məxfi" dərəcəsinə endirdi. Təbii ki, onun İsrail rəhbərliyilə xüsusi yaxınlığına görə. Prezident Trampın yuxarıda qeyd etdiyim qərarlarına bu 3 şəxsin və onların təmsil etdiyi kəsimin təsirinin olmasını isə görməmək mümkün deyil. Məsələn, adətən üzə çıxmağa xüsusi həvəsli görünməyən Ceyson Qrinblatt Colan Yüksəkliklərilə bağlı məlum sənədin imzalanması ərəfəsində Colanın İsrailin mövcudluğu üçün həyatı əhəmiyyət kəsb etdiyini bəyan etdi. Devid Fridman isə öz bəyanatları ilə hətta israillilərin də böyük bir hissəsində ciddi qıcıq doğurur. Bu qıcığın səbəblərindən biri də onun İsrailin daxili işlərinə kobud müdaxilə edərək, Baş nazir Netanyahunu açıq dəstəkləməsidir. Amma bütün bunlar necə deyərlər, aysberqin yalnız görünən hissəsidir. Məsələni bir qədər də dərindən anlamaq üçün bəzi məqamları vurğulamağa ehtiyac var. Belə ki, ABŞ yəhudilərinin liberal hissəsi (sorğulara görə təxminən 80% qədəri) adətən Demokratlar partiyasına səs verir. Qalan mühafizəkar 20% isə Respublikaçıların stabil elektoratı sayılır. Burdan belə qənaətə gəlmək olar ki, ABŞ-ın İsrailə yönəlik siyasətinə bu gün əsas təsir edən həm də mühafizəkar yəhudi kəsiminin nümayəndələridir ki, onlar da birmənalı olaraq İsrail siyasətində sağ radikal "Likud"u və onun indiki lideri Benyamin Netanyahunu dəstəkləyirlər. Bu səbəbdən də həmin kəsimi narahat edən məqamlardan biri aprelin 9-da İsrail Knessetinə keçiriləcək seçkilər ərəfəsində Benyamin (Bibi) Netanyahunun və onun partiyasının reytinqinin ona müxalif olan mərkəzçi "Mavi və Ağ" koalisiya və onun lideri Benyamin (Benni) Qantsla müqayisədə daha aşağı olmasıdır. Korrupsiya ittihamları ilə üz-üzə qalan Bibi seçkilərdə qalib gəlmək üçün hətta faşist yönümlü kimi tanınan "Otzma Yehudit"lə (Yəhudi gücü) koalisiyaya getməli oldu ki, bu da ənənəvi olaraq İsrailin daxili siyasətinə qarışmayan Amerika Yəhudi Komitəsi (AJC) və Amerika-İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) kimi ABŞ lobbi təşkilatlarını da xüsusi bəyanat verməyə məcbur etdi.

Beləliklə, gördüyümüz kimi, istər ABŞ-dakı, istərsə də İsraildəki mühafizəkarlar Baş nazir olaraq yenidən B. Netanyahunu görmək istəyirlər və məhz bu (amma tək bu yox) səbəbdən də Tramp administrasiyasına təsir edərək yuxarıda qeyd etdiyim qanunsuz qərarların qəbuluna nail olurlar. Dünənki qərarı isə D. Tramp Ağ Evdə B. Netanyahu ilə görüşü zamanı elan etdi. Mühafizəkarlar bir tərəfdən vaxtilə İsrailin işğal etmiş olduğu Fələstin və Suriya ərazilərinin ilhaqını faktiki olaraq leqallaşdırmağa çalışırlar, digər tərəfdən isə İsrail dövlətinin özünü mühafizəkar-dini modelə çəkirlər. Bu məsələdə təbii ki, onlar tək deyil və Tramp administrasiyasında bir neçə mühüm posta sahib olan "neokon" (yeni konservator) qruplaşması ilə sinxron fəaliyyət göstərirlər. Bu mənada, Trampın dünənki "tanıma" aktı ərəfəsində qruplaşma üzvlərindən olan dövlət katibi Mayk Pompeonun Yaxın Şərq ölkələrinə səfəri heç də təsadüfi deyildi. Livana və Küveytə səfərinin ardınca İsrailə baş çəkən Pompeonun "Purim" yəhudi bayramı ərəfəsində verdiyi bəyanat da spontan sayılmamalıdır: "Bir xristian olaraq, mən inanıram ki, İlahim prezident Trampı yəhudi xalqını iranlılardan qorumaq üçün yollayıb". Necə deyərlər, No comment.
Lakin burda bir incə məqam da var: Netanyahuya olan xüsusi münasibət və dəstəyin əks effekt verə biləcəyi də istisna deyil. Yuxarıda qeyd etdiyim kimi, israillilər ölkələrinin daxili siyasətinə müdaxiləni sevmirlər və bu, ABŞ-ın müdaxiləsinə də aiddir.
Bütün bu addımların bir məqsədi də bölgədəki ənənəvi tərəfdaşı və NATO müttəfiqi olmuş Türkiyə ilə münasibətlərinin əsaslı şəkildə soyumasından sonra ABŞ-ın Yaxın Şərqə öz təsirini artırmaq üçün Misir-İsrail-Səudiyyə Ərəbistanı hərbi-siyasi alyansı yatarmaq istəyi ola bilər ki, bu halda da həmin ölkələrin gücləndirilməsi zərurəti aktuallaşır. Digər bir məqsəd isə bununla Həması, Hezbollahı və son nəticədə də İranı münaqişəyə cəlb etməkdən ibarət ola bilər.   

Amma Tramp administrasiyasının bu qərarları hər bir halda beynəlxalq hüquqa, müqavilələrə və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə qarşı olmaqla yanaşı, həm də kifayət qədər ciddi presedentlər ola bilər:

1.Belə ki, bu gün ABŞ və Avropa tərəfindən Rusiyaya tətbiq olunan sanksiyaların əsas səbəbi kimi onun Ukraynanın ərazi bütövlüyünü pozması və Krımı ilhaq etməsi göstərilir. Trampın Colan Yüksəkliklərini İsrail ərazisi kimi tanıması isə hüquqi baxımdan Rusiyanın Krımı ilhaqından daha qanunsuz addımdır. Krımda ən azı yalandan da olsa referendum keçirilmişdi.

2. Bu qərarlar ərazi və xüsusilə də etnik-ərazi münaqişələri, işğal altında torpaqları olan ölkələr üçün xüsusi siqnaldır. O cümlədən də Azərbaycan üçün, çünki heç bir qanuna, ölkələrin suverenliyinə məhəl qoymayan ekssentrik (daha dəqiq desək, başıpozuq) hansısa prezidentin və ya onun ölkəsinin belə münaqişələrdən öz siyasi və geosiyasi məqsədləri üçün istifadə edərək nələrisə, kimlərisə "tanıya" biləcəyi istisna deyil.

3. Venesuela məsələsində Tramp administrasiyasının atdığı addım legitimlik problemi olan bir çox hökumət və dövlət başçılarını anti-Amerika düşərgəsinə sığınmağa sövq edəcək. Belə tendensiyalar isə artıq özünü göstərməkdədir.

4. Bu addımlar ABŞ-Avropa münasibətlərinə də öz neqativ töhfəsini verməkdədir. D. Tramp öz qərarını hələ elan etməmiş Avropa liderləri bunun qanunsuz olduğunu bildirdilər.

5. Onların ABŞ-ın daxili siyasətinə mənfi təsiri də qaçılmaz olacaq və demokratlarla respublikaçılar arasındakı uçurum bir qədər də dərinləşəcək.

6. Nəhayət, Tramp administrasiyasının son addımı ərəfəsində İran, İraq və Suriya Müdafiə nazirlərini Dəməşqdə keçirilən görüşü, bunun ardınca da Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Dəməşqə səfər edərək, Bəşər Əsədlə danışıqlar aparması da nəzərdən qaçmamalıdır. Suriya ərazisində öz hərbi-strateji infrastrukturunu qurmuş Rusiya və xüsusilə də İranın bütün bu məsələlərdən Yaxın Şərqdə öz mövqelərini gücləndirmək üçün istifadə etməyəcəyinə heç bir təminat yoxdur. Bu isə öz növbəsində Yaxın Şərq "barıt çəlləyinin" partlamasına qədər gedə bilər.



       

 

Tuesday, May 8, 2018

Fuad Poladov və digərləri: ağır itkilərimiz və əvəzsiz qazancımız

Fuad Poladov haqqında yazarkən onun sənətinə toxunmaq istəmirəm. Əvvəla ona görə ki, mən bu sahədə peşəkar söz deyə biləcək, onun sənətinə qiymət verəcək şəxs deyiləm, ikincisi, aktyora, sənətkara ən dəqiq, dürüst qiymət verə biləcək şəxs tamaşaçıdır ki, o da Fuad Poladovun qiymətini verib və hələ verəcək də. Bunu biz görkəmli aktyoru itirəndə gördük. Amma ölümünün üstündən bircə həftə keçməmiş həyatı boyü obrazlar yaradan, amma bu gün özü şəxsiyyətli, qürurlu azərbaycanlı obrazına çevrilmiş Fuad Poladovun şəxsində demək istədiklərim var. Məhz bu birləşdirici obrazın çox ehtiyac duyduğumuz insani keyfiyyətləri haqqında. Bu gün Azərbaycanı işğal edən və şəxsiyyət, mənlik, kimlik, qürur kimi keyfiyyətləri özündə olmaması səbəbindən sevməyənlər bu keyfiyyətlərin daşıyıcılarına da dərindən nifrət edirlər. Başqa cür ola da bilməz. Bəli, elə bu səbəbdən də Fuad Poladov da Səyavuş Aslan kimi işğalçı rejim tərəfindən sevilməyən şəxsiyyətlərdən oldu. Yəqin yadınızdadır, Əliabbas Qədirovu da hörmətsiz yola saldı bunlar. Çünki onların hamısına Əliyev rejimi nifrət edir. Ona görə nifrət edir ki, bu insanların yüksək insani keyfiyyətləri və şəxsiyyət göstəriciləri vardı. Məlumatlı dostlardan biri danışırdı ki, mərhum Əliabbas Qədirov Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktotu olarkən iş intizamını müntəzəm pozan bir aktrisaya töhmət elan edibmiş. Bundan qəzəblənən hikkəli rejim fahişəsi çox yüksək vəzifəli oynaşına (üzr istəyirəm, amma ana dilimizdə bu, belə adlanır) şikayətlənir, o isə zəng edib mərhum aktyoru təhdid edir və həmin əmri lövhədən çıxarmağa vadar edir. Məhz bu hadisədən sonra Əliabbas Qədirovun səhhəti bir qədər də pisləşir, çünki qürurlu, şəxsiyyətli insan şəxsiyyətsizin, şərəfsizin fahişəsini haqlı cəzalandırdığına görə onun təhdidinə məruz qalmışdı. Bəlkə Rasim Balayevi xatırlayaq? Azərbaycan kinosunun siması olan bu insanın bircə kəlmə işlətməsi kifayət elədi ki, millətə düşmən kəsilmiş qansız rejim onu əzablı ölümə məhkum eləsin, müalicəsinə borclu olduğu yardımı göstərməkdən intina eləsin. O zaman Zeynəb Xanlarova parlamentdə bu məsələni qaldırmasaydı sizi əmin edirəm ki, bu gün artıq Rasim Balayev haqqında da keçmiş zamanda danışırdıq. Bəs unudulmuş Azər Zeynalov? Nadir səsə, istedada, yüksək insani keyfiyyətlərə malik olan bu böyük sənətkara 2003-cü ildə müxalifəti dəstəkləməsini kinli, haytalı rejim hətta o, üzr istədikdən sonra da bağışlamadı, onu səhnədən sildi.
Fuad Poladovu da itirdik, amma o, və onun kimi böyük insanlar, vətəndaş mövqeyi olan sənətkarlar yaddaşımızda əbədi qalacaq. Xoşbəxtlikdən bu gün öz Youtube-u, Facebook-u, Twitteri-i ilə zəngin İnternet var və onun sayəsində bu insanlar heç vaxt unudulmayacaq, rejimlər isə onları ancaq özünün çirkab maşını olan üfunətli telekanallarından silə bilər. Günü-gündən daha az insanın baxdığı həmin o pozğunluq, əxlaqsızlıq, şəxsiyyətsizlik təbliğ edən telekanallarından. Bizim qəhrəmanlarımız isə sözün həqiqi mənasında çox xoşbəxtdilər, çünki dünən səhnədə ən müxtəlif obrazları canlandıran bu şəxsiyyətlər indi özləri vətəndaş mövqeyi, qürur, mənlik nümunəsi olacaq bir obraza çevriliblər. Kimisi ölümündən sonra, kimisi isə sağlığında.
Yəqin bu da yadınızdadır ki, Mədəniyyət naziri Əbülfəz Qarayev İlhamə Quliyeva ilə vida mərasiminə təşrif buyuranda rejimin ana-bacı simvolu olan İlhaməni "şəhid" adlandırmışdı. Bunu elə-belə sözgəlişi yazmadım. Həmin gün ictimai nəqliyyatda, mağazada, kafedə bu haqda danışan az qala hər kəs onun hələ qovuşmağa macal tapmadığı məzarını lənətləyirdi. Etiraf edim ki, insan kimi bunları görmək, eşitmək çox ağır idi. Amma nazir Qarayev başqa cür edə bilməzdi, çünki o, İlhamə Quliyeva əxlaqının daşıyıcısı olan rejimin naziridir. Biz isə Fuad Poladov, Rasim Balayev, Azər Zeynalov, Əliabbas Qədirovla bir millətdənik. Bax, onlarla bizim daha bir böyük fərqimiz də elə budur və onların bütün səylərinə baxmayaraq, Fuad Poladov (və digərləri) əxlaqını İlhamə Quliyeva "əxlaqına" dəyişməməyimiz bizim əvəzsiz qazancımızdır. Bunun çox böyük qazanc olduğunu isə tarix özü sübut edəcək. Tarix isə hökmən keçmiş və keçilməli olan 1000 il demək deyil, yaşanaraq axada qalacaq aylar da bir gün tarix olacaq.

Sunday, April 29, 2018

Армения: внеочередная революция.

Пока в России и в Азербайджане проводили внеочередные выборы, чтобы увековечить власть, в Армении свершилась внеочередная революция. Именно внеочередная, так как ее никто не планировал, не заказал и даже не ожидал. Об армянской революции писать и говорить будут еще много и долго. Не исключено, что когда-то она войдет и в учебные пособия по политологии. Нет, не потому, что она буквально через пару лет осуществит все ожидания и чаяния народа, превратив Армению в процветающую страну и одним махом изменит жизнь людей к лучшему. Нет конечно, это скорее всего пока только начало долгого пути к достижению поставленных задач. Но одно понятно точно, что хуже уже не будет. Не будет потому, что хуже не бывает. 
Действительно, что же может быть хуже того, когда вся страна и целый народ становится объектом безжалостного грабежа немногочисленной группой людей, скромно называющих себя властью, т.е. слугами народа. Более того, властью, якобы избранной этим же народом, которого они грабят с такой жадностью и аппетитом, которым мог бы позавидовать самый беспощадный захватчик. Властью, которую иногда так трудно сравнивать с мафией или же другой преступной группировкой. Ведь вторые имеют хоть какие-то правила, пусть даже не очень гуманные и не очень справедливые. Действительно, порой очень трудно найти правильное определение тем, кто сегодня называет себя властью. Ведь власть, как утверждают основные законы (конституции) почти всех современных государств, то, источником которой является народ. Однако все больше государств в наше смутное время представляют собой обычное географическое пространство, населенное обитателями, среди которых абсолютное меньшинство жестоко угнетает абсолютное большинство, опираясь на инстинкты, порой не существующие даже в дикой природе. Это я к тому, кто все-таки готовит современные революции. Разумеется, не гении, что стояли у истоков классических революций. При всей даже очень большой лояльности к так называемым властям в постсоветском пространстве, называть их гением никак не получается. Просто в это никто не поверит и втом числе они сами. А ведь революции то готовят  они. Да, именно они, своей жадностью, алчностью, недальновидностью и полной потерей чувства реальности толкают целые общества и народы на кровавые противостояния, революции и другие формы насилия. 
Армянская революция типичный пример этого. Кстати, наверное заметили, что у этой революции с самого начала не было ни имени, ни цвета. Ее даже не ассоциировали с кем-то конкретно, хоть и лидер ее был не только у всех на виду, но и всегда впереди. Уверен, что даже заметили то, как столицы супердержав достаточно долго были в растерянности, подозревая друг-друга в нарушении возможно молчаливых соглашений по Армении. Догадаться, что революция может начаться по воле самого общества, им понадобилось аж больше недели и тут же началась синхронная командная игра. Да, именно командная игра, точно такая, которую они сыграли в 2003 году в Азербайджане, сделав Ильхама Алиева главой страны на долгие годы. Однако, приходя в себя первый шаг сделал посол США в Армении Ричард Милс, раскритиковавший лидера протестного движения депутата Никола Пашиняна за предложение избрать премьера прямо на площади. Посол Милс подал этой критикой сигнал товарищам по команде и те тут же перехватили инициативу и перешли в действие. Думаю, многие были крайне удивлены, когда российские, с позволения сказать, политики стали открыто предлагать то кандидатуру Царукянан, то еще кого-то на пост премьера Армении, бесшабашно вмешиваясь во внутренние дела суверенного государства. Если очень корректно выразиться, конечно. Видимо, стороны смогли понять и "убедить" друг-друга в том, что все это происходит не по их сценарию и вне их воли. Вероятно никто также не мог даже в мыслях допустить, что революция может начаться не по их плану. Причина такому непониманию предельно проста - вершители судеб мира совсем забыли о таком важном участнике истории, как народ. Простой народ, который думает не о каких-то глобальных делах, а о самом простом - о хлебе насущном, который у него безвозвратно отняли. Именно в этом и заключается особенность армянской революции, что она произошла потому, что была жизненной необходимостью для целого народа, а не чьим-то заказом извне или же даже изнутри. Эта революция фактически сделала снова актуальным то классическое  условие, когда революция становится неизбежным этапом исторического развития. В Армении она свершилась и конечно же будет еще немало трудностей. Но хуже уже не будет и для этого не так много предстоит сделать. Для начала дать людям экономическую свободу и навести порядок, которого в современном общественно-политическом лексиконе принято называть верховенством закона. 
Вот тогда хуже точно не будет.

Wednesday, April 25, 2018

Növbədənkənar seçki və ya "Əyyubov qruplaşması" revanş götürür. (2-ci yazı)

Artıq seçki (burda və sonra "seçki" kimi oxumalı) adlandırılan teatr arxada qalıb və gördüyümüz kimi, sürprizlər də olmadı. 11 aprel seçkisində əsas diqqətçəkən məqamlardan biri 1-ci yazımda qeyd etdiyim Azərbaycan uğrunda gedən geosiyasi mübarizənin əlamətləri oldu. Belə ki, seçkinin ssenarisinin Rusiyada hazırlanması Qərbdə adekvat reaksiya doğursa da (məsələn, ATƏT-in müşahidə missiyasının tənqidi ilkin hesabatı) digər tərəfdən siyasi baxımdan Qərb düşərgəsinin bir hissəsi sayılan İsrailin seçkilərə bu dəfəki marağı əvvəlkilərlə müqayisə olunmayacaq dərəcədə həssas idi. Maraqlı olan həm də əksəriyyəti ölkəsinin hərbi (istisna deyil ki, həm də kəşfiyyat) dairələrinə bağlı olan israilli "müşahidəçilərin" bir-birinin ardınca Azərbaycan mediasında İlham Əliyevin ünvanına mədhiyyələr deməsi idi. Bu "müşahidəçilərdən" bəziləri isə hətta bir qədər də uzağa gedərək "İlham Əliyevin qələbəsi İsrail üçün vacibdir" kimi siyasi etikadan uzaq bəyanatlar verməklə Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə edirdi. Bu da anlaşılandır, çünki Əliyev hakimiyyətinin israilpərəst lobbiçilərinin sayəsində Azərbaycan bəzi aparıcı dövlətlərdə artıq İsrailin vassalı kimi tanınır. Əliyev ailəsi yox, məhz Azərbaycan. Dərin təəssüf doğuran hal olsa da, amma faktdır və İlham Əliyevin tez-tez səsləndirdiyi "Biz müstəqil siyasət yürüdürük" iddiası ilə heç də üst-üstə düşməyən bir faktdir. Bəs İsrailin Azərbaycandan ümumiyyətlə və xüsusilə də bu gün umduğu nədir? Burda həmin bəndləri sadalamaqla qurtaran deyil, odur ki, ciddi əhəmiyyət kəsb edən əsas məqamların üzərində dayanaq:

1. Artıq qeyd etdiyim kimi İsrailin Azərbaycanı özünün vassalı kimi təqdim etməsi bu dövlətə xarici siyasətində (xüsusilə də böyük dövlətlərlə münasibətlərində) xüsusi status verir. Bir növ güclü dövlət statusu. Məhz bu səbəbdən İsrailə bağlı lobbiçilər bütün dünyada Azərbaycanı İsrailin strateji tərəfdaşı kimi təqdim edirlər. Əslində istənilən tərəfdaşı və o cümlədən də İsrail kimi tərəfdaşı olmaq heç də neqativ dəyərləndirilməməlidir. Amma bu amilin Azərbaycana hansı siyasi dividendlər qazandırdığına baxdıqda bizim itkilərimizin qazanclarımızdan qat-qat çox olduğunu asanlıqla görmək olur. Belə ki, Azərbaycanı vassal dövlət kimi tanıtmaqla yanaşı bu lobbiçilər Əliyev hakimiyyətinin insan hüquq və azdlıqlarına qarşı yürütdüyü sərt siyasətə neqativ və tənqidi beynəlxalq hesabatların qarşısını alır ki, bu da son nəticədə ölkənin müxtəlif ictimai-siyasi institutlarının sistemli şəkildə sıradan çıxarılmasına və siyasi sisteminin bugünkü iflic duruma düşməsinə gətirib çıxarıb. Bu hakimiyyətin dəstəklənməsi həm də xalqın daha da yoxsullaşması, onun hüquqlarınn əlindən alınması, əmlakının dağıdılması, çörəyə möhtac qoyulması deməkdir.

2. Ölkənin talanmış sərvətlərinin xarici şirkət, bank və offşor zonalarda gizlədilməsində israilli və İsraillə sıx bağlı işbazlar da yaxından iştirak edir və elə bu səbəbdən də onlara qanunlarla idarə olunan, azad bazar münasibətlərinə malik olan, demokratik Azərbaycan lazım deyil. Belələrinin bizə münasibətdə əsas hədəfi Bakıdakı korrupsionerlərlə əl-ələ verib Azərbaycana məxsus olan milyardlarla vəsaiti və ölkənin sərvətlərini talamaqdır.

3. Azərbaycan İrana qarşı həm kəşfiyyat, həm də hərbi müdaxilə üçün coğrafi və relyef baxımından ən uğurlu məkan sayılır və İsrailin bu istəyini yalnız Əliyev hakimiyyəti reallaşdıra bilər. Az da olsa millətinə, soyuna-kökünə bağlı bir hakimiyyət 30 milyondan yuxarı azərbaycanlının yaşadığı qonşu ölkəyə qarşı Azərbaycan ərazisindən təxribat və ya hərbi müdaxilələrin ümummilli maraqlar üçün (təkcə bu yox) hansı miqyasda fəlakətə gətirib çıxara biləcəyini nəzərə almaya bilməz. Belə təxribatlar isə artıq əvvəllər də olub. Bu haqda bəndənizin hələ 8 il əvvəl Londonda dərc olunan "The Times" qəzetinə böyük əks-səda doğurmuş açıqlaması olub ki, həmin açıqlamada Azərbaycan üzərindən İrana keçən Mossad agetlərinin İranın nüvə fiziklərini öldürməsindən bəhs edilirdi. Yəqin ki, bu yerdə 11 aprel seçkilərini izləməyə gələn israilli "müşahidəçilərin" nədən məhz ölkələrinin hərbi dairələrilə bağlı şəxslər olmasına dair artıq heç bir sual qalmır.

Amma yuxarıda qeyd etdiyim kimi 11 aprel seçkilərini diqqətlə izləyən digər bir dövlət də vardı ki, onun da Azərbaycanla bağlı plan və maraqları İsrailin maraqları ilə diametral ziddiyyət təşkil edir. Bu dövlət Rusiyadır. Bu mənada seçkilər başa çatar-çatmaz Rusiyanın atdığı 3 addım diqqət çəkməyə bilməzdi:
1. Rusiyanın 11 aprel seçkilərinin nəticələrini həmən tanıması və prezident Putinin İlham Əliyevi təbrik eləməsi;
2. Rusiya XİN sözçüsü M.Zaxarovanın keçirdiyi brifinqdə ATƏT-in seçkiləri tənqid edən ilkin hesabatını hədəfə alması və bir növ Azərbaycan hakimiyyətinə vəkillik eləməsi;
3. Rusiya xarici işlər naziri Sergey Lavrovun seçkilərin səhərisi günü Elmar Məmmədyarova zəng edərək Xəzərin statusu ilə bağlı tezliklə imzalanmalı olan anlaşmanın sənədlərinin hazırlığı ilə "maraqlanması".

Beləliklə, Azərbaycanı özünün vassalı kimi görən digər bir dövlət də eyni mövqeni dünya ictimaiyyatının diqqətinə təqdim edirdi. Bu arada qeyd edim ki, Rusiyanın Xəzərin resurslarından birgə istifadə ilə bağlı təklif etdiyi sazış Azərbaycanın təkcə Xəzərdəki sektoruna nəzarəti itirməsi demək yox, həm də yaxın gələcəkdə ölkəmizin Xəzərdəki karbohidrogen yataqlarına sahibliyinin də itirilmək və ya ən azı məhdudlaşa bilmək təhlükəsini ortaya qoyur. Bu yerdə 1-ci yazımdakı bir məqamı xatırlatmaq tam yerinə düşür: "Əyyubov qruplaşmasına" daxil olan hərbi prokuror Xanlar Vəliyevin Xəzərdə ölkənin suverenliyini təmin etməli olan sualtı radar sistemini quranlara qarşı başlatdığı saxta cinayət işi. Azərbaycanın Xəzərdə öz sektoruna suverenliyinin itirməsinin bünövrəsi məhz həmin təxribat nəticəsində artıq 2014-cü ildə qoyulmuşdu...
Beləliklə, bu gün Azərbaycana nəzarət uğrunda mübarizə əsasən 2 dövlət - İsrail və Rusiya arasında gedir və hər tərəf də öz maraqlarını təmin etməyə çalışır. Bu tərəflər arasında çaş-baş qalan Əliyev hakimiyyəti isə ən əsas məqamı heç xatırlamaq da istəmir: Azərbaycan bu ölkədə yaşayan 9 milyon yarım və dünyaya səpələnmiş daha 30 milyon azərbaycanlı üçün vətəndir və ölkənin sərvətləri də qanunla onun 9,5 milyon vətəndaşına məxsusdur. Bu mənada İlham Əliyevin seçkidən sonrakı təyinatları çox simvolikdir. Belə ki, heç bir yeni mövqe əldə edə bilməyən və siyasi arenadan sıxışdırılmaqda davam edən "Paşayevlər qruplaşmasından" fərqli olaraq hakimiyyətdaxili digər 2 qruplaşma - "Əyyubov qruplaşması" və "Mehdiyev qruplaşması" Azərbaycanı faktiki olaraq öz aralarında böldülər. Təbii ki, 1-2 kiçik istisnalarla. Təyin olunmuş yeni kadrların (onların demək olar ki, hamısı təcrübəsiz və təyin olunduqları sahədə tamamilə səriştəsizdir) onlara həvalə olunan sahələri necə idarə edəcəkləri isə heç müzakirə predmeti də deyil. Amma bir məqam tamamilə aydındır: hakimiyyət idarəetmə prinsiplərini dəyişməyəcək. Elə olmasaydı ASAN-xidmət rəhbərinin kənd təsərrüfatı naziri və ya bütün əmək fəaliyyəti boyu müxtəlif firmalarda çalışmış iqtisadçının təhsil naziri təyin olunması çoxsaylı suallar doğurmalı idi. Amma bu məqam da diqqət çəkməyə bilməz ki, təyinatlar haqda ən çox danışan məhz Rusiya 5-ci kolonunun lideridir və o, son açıqlamalarında ölkənin arxada qalan 15 ildəki uğurlarını qabartmaqla yanaşı (Heydər Əliyev hakimiyyətinin 10 ili sanki heç olmamışdı), sətiraltı da olsa artıq İlham Əliyevin özünü də ikinci plana keçirməyə cəhd edir. Bu isə heç də təsadüfi sayılmamalıdır, çünki 2 qrup arasında gedən mübarizənin bugünkü nəticəsi belədir ki, ümumi üstünlük Rusiyadadır ki, onun maraqlarını təmin edən bu gün də "Mehdiyev qruplaşmasıdır". İlk baxışdan əlavə cəmi bir post (ekologiya və təbii sərvətlər naziri) əldə etmiş "Əyyubov qruplaşmasının" güvəndiyi fiqur və ya elə həmin qruplaşmanın lideri isə İlham Əliyevin özüdür. Qruplar arasındakı bugünkü mübarizənin əsas, bəlkə də həlledici hədəfi isə hələlik boş qalan Bakı ŞİH-nin başçısı postudur ki, qruplaşmalardan hər biri bu posta nəzarəti ələ keçirməyə çalışır. "Əliyev-Əyyubov qruplaşması" bu posta artıq konkret namizədini də müəyyənləşdirib. Əlbəttə ki, söhbət Bəylər Əyyubovun qohumu və artıq brinci yazıdan yaxşı tanıdığınız respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, Gəncə ŞİH-nin başçısı Yelmar Vəliyevdən gedir. Bəli, Gəncənin tarixi arxitekturasından tutmuş onun ruhuna qədər hər şeyi dağıtmaq üçün əlindən gələni etmiş həmin Yelmar Vəliyev...
Amma bu plan yalnız bir halda baş tuta bilər - Mehdiyev geri çəkilərsə. Lakin Azərbaycana Rusiya təsirinin öz pik nöqtəsinə çatdığı bir vaxtda əvvəlkindən özünə daha inamlı görünənŞ mediaya açıqlamalarilə meydan oxuyan "boz kardinalın" bunu edəcəyi inandırıcı görünmür və deməli, hakimiyyətdaxili mübarizə də getdikcə kəskinləşəcək. Bu da öz növbəsində o deməkdir ki, ölkədə nə siyasi, nə də iqtisadi islahatlar aparılmayacaq və konturları hələ tam aydın görünməyən geosiyasi burulğanın mərkəzinə yaxın olan Azərbaycanda hətta yaxın zamanlarda nələrin baş verə biləcəyini söyləmək heç də asan olmayacaq.

Wednesday, April 11, 2018

Növbədənkənar seçki və ya "Əyyubov qruplaşması" revanş götürür. (1-ci yazı)

2017-ci il may ayında Azərbaycan Ordusunda Ermənistan kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən casus şəbəkəsinin ifşa olunması ilə bağlı rəsmi məlumat yayıldı. Məlumatda deyilirdi:
"Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb: “Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək, müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər”.
Bu məlumatın ardınca müxtəlif saytlarda hadisə ilə bağlı çoxsaylı "ekspert" rəyləri və jurnalist mülahizələri yayılsa da, nə həbs olunanların kimliyi, nə də onların sayı haqda heç bir rəsmi məlumat verilmirdi. Qeyri-rəsmi mənbələr isə həbs olunanların əksəriyyətinin Tərtər qarnizonunun hərbçiləri olduğunu, onların sayının isə 54-55 nəfərə çatdığını iddia edirdi. Hadisədən 1 ilə yaxın vaxt keçib, amma bu günədək rəsmi şəxslər tərəfindən bir neçə solğun açıqlama verilsə də, hadisənin nə təfərrüatları, nə də həbs olunanların adı, sayı heç bir rəsmi mənbədə öz əksini tapmayıb. DTX sədri Mədət Quliyevin və onun ardınca ölkənin hərbi prokururu Xanlar Vəliyevin açıqlamaları isə bu həbslərə bəraət qazandıran informativ baxımdan tamamilə tutumsuz söz yığını idi. Hərçən ki, Xanlar Vəliyevin nəhayət 10 aydan sonra APA-ya verdiyi açıqlamada bir detal diqqətçəkən idi. Xanlar Vəliyev bildirirdi ki, dövlətə xəyanət ittihamı ilə həbs olunan bu şəxslərlə bağlı istintaq artıq yekunlaşmaq üzrədir və tezliklə (Novruz bayramınadək) onların məhkəməsi başlayacaq. Açıqlama ilə bağlı məlumatlarda məhkəmənin qapalı keçiriləcəyi də bildirilirdi, hərçənd ki, bu, təəccüblü deyildi, əksinə, gözlənilən idi. Məhkəmə prosesi isə deyilən vaxtda başlanmadı.
Həbslərin ardınca başlatdığımız araşdırma çox ciddi və incə məqamları üzə çıxardı. Məlum oldu ki, həbs olunanların əksəriyyəti Tərtər qarnizonunun 2016-cı ilin aprel döyüşlərində fəal iştirak etmiş hərbçiləridir və onlardan 6 və ya 7 nəfəri istintaqın ilk ayları ərzində həbsxanada qətlə yetirilib. Öldürülənlərin xalq düşməni kimi doğulduqları yerlərdə gizli dəfn olunması və ailələrinin təhdid olunması barədə çoxsaylı xəbərlər yayılsa da, bu haqda nə rəsmi dövlət orqanları, nə də ölkənin əksər media qurumları bir kəlmə də məlumat vermədi. Məntiqi sual ortaya çıxır ki, əgər həbs olunan şəxslər dövlətə xəyanət etmişdisə onları qətlə yetirmək nəyə lazım idi və bu, hansı səbəblərdən edilirdi? Suallar əlbəttə ki, işin istintaqını aparan Respublika Hərbi Prokurorluğuna və onun rəhbəri Xanlar Vəliyevə şəxsən ünvanlanmalı idi və ünvanlanmalıdır. Ölkədə fəaliyyət göstərən və hakimiyyətdən məvacib alan "hüquq müdafiəçiləri" ilə yanaşı müxalifət fəallarının da bu haqda susması çoxsaylı suallar doğurmaya bilməzdi. Məsələni bir qədər də araşdırdıqda 2 müxtəlif versiya ilə üzləşdik:
1. Həbs olunan hərbçilər transmilli cinayətkar şəbəkənin əməlləri haqda məlumatlı olduqlarının qurbanı olublar.
Bu şəbəkə və onun fəaliyyəti haqda hələ bir neçə il əvvəl apardığımız ətraflı araşdırma göstərmişdi ki, Azərbaycanda fəaliyyət göstərən və kürd mənşəli xarici vətəndaşa məxsus olan böyük holdinqlərdən biri İran-Ermənistan-Qarabağ (ölkənin işğal olunmuş əraziləri)-Tərdər-Gəncə xətti üzrə narkotrafikə nəzarət edir və bu kanal üzrə narkotik maddələrin trafikinə bir çox hallarda Azərbaycan ordusunun hərbçiləri ilə yanaşı işğalçı Ermənistan Ordusunun da əsgərləri cəlb olunurlar.
Qeyd etdiyim kimi, bu məsələ tərəfimizdən xırda detallarınadək ətraflı araşdırılıb və təkzibolunmaz faktlar toplanıb, amma bu haqda bir qədər sonra və daha ətraflı yazacağam.
2. Azərbaycan Ordusunun çoxsaylı hərbçilərinin Ermənistan xüsusi xidmət orqanlarına işləmək saxta ittihamı ilə həbsinin arxasında hansısa xarici dövlət(lər) dayanır və məqsəd Milli Ordunu sındırmaq, növbəti 2016-cı il aprel əməliyyatı kimi aksiyalardan çəkindirmək və həmin əməliyyata görə cəzalandırmaqdir. Bu dəfə də Rusiya Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə yeridilmiş adamının vasitəsilə hərəkət etdi. Niyə "bu dəfə də"? Bu haqda bir qədər sonra.
Qeyd etdiyim kimi, həbs olunanların əksəriyyəti 2016-cı ilin aprel döyüşlərində fəal iştirak etmiş hərbçilər idi və ən acınacaqlısı da budur ki, əldə etdiyimiz məlumata əsasən onlara işgəncə verərək öldürənlər də Milli Ordunun xüsusi təyinatlıları olub. Belə ki, hərbi prokurorluğun rəhbərliyi həbs olunanların törətmədikləri cinayətləri boyunlarına götürməsi üçün onlara işgəncələr vermək məqsədilə cəlb etdiyi və cəllad funksiyasını yerinə yetirənlər də Milli Ordu hissələrindən gətirilmiş xüsusi təyinatlılar olub. Bu günədək 6 nəfərin öldürülməsi faktı dəqiq bəlli olsa da bununla bağlı nə xüsusi təhqiqat başlanıb, nə də kimsə ciddi cəza alıb. O cümlədən də bütün bu cinayətlərə görə şəxsən məsuliyyət daşıyan hərbi prokuror Xanlar Vəliyev və müdafiə naziri Zakir Həsənov. Zaman-zaman media qarşısında müxtəlif şoular düzəldən Zakir Həsənovdan fərqli olaraq, mediadan daim yarasa kimi gizlənən Xanlar Vəliyevin isə təxminən bir ay əvvəl gözlənilmədən peyda olması və yuxarıda qeyd etdiyim mənasız açıqlamanı verməsi heç də məsələnin mahiyyətilə bağlı deyil. Bizə daxil olan və etimad doğuran məlumata əsasən 11 aprel seçkilərindən sonra Bəylər Əyyubovun qruplaşmasına (bir çox hallarda şərti olaraq "kürd qruplaşması" adlanan) daxil olan və onun yaxın qohumu olan Xanlar Vəliyevin (vəliyevlər ailəsinin ağsaqqalı sayılan Şahmar Vəliyev Bəylər Əyyubovla qudadır) Azərbaycan Respublikasının Baş Prokuroru postuna gətirilməsi planlaşdırılır və elə bu səbəbdən də Azərbaycan Ordusuna ağır zərbələr vurmuş hərbi prokurora mediada "işıqlanmaq" və silahlı qüvvələrə qarşı törətdiyi cinayət əməllərinə bəraət qazandırmaq lazım olub. Əlbəttə, bu detaldır və İlham Əliyev hakimiyyətində kimin hansı postu tutması bəlkə də bir o qədər önəmli deyil, amma Azərbaycan Ordusuna qarşı törədilən bu amansız cinayəti araşdırmağa başladıqda məlum oldu ki, hələ 2013-cü ilin sonunda həmin hərbi prokurorluq və onun həmin rəhbəri tərəfindən başladılan və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Şahin Sultanova qarşı açılan saxta cinayət işi mahiyyət etibarilə ağır dövləti cinayətdir və Rusiya tərəfindən sifariş olunub. Bundan başqa, mərhum Milli Qəhrəman Mübariz İbrahimovun məlum hadisə ərəfəsində hərbi prokurorluq tərəfindən təhdid olunması haqda da əlimizdə sübut-dəlilli məlumat var. Amma bu hadisənin və onun nəticələrinin ümumilli mənəvi-siyasi əhəmiyyətini nəzərə alaraq, mərhum Milli Qəhrəmanın işğalçılarla döyüşdə həlak olmasından həmən sonra bizə təqdim olunmuş sənədi o zaman ictimailəşdirmədiyim kimi, bu gün də bunu etmək fikrində deyiləm. Dövlət və hakimiyyət orqanları üçün maraqlıdırsa, həmin sənədin surətinin vaxtilə bizə ölkənin hərbi əks-kəşfiyyatındakı şəxslərdən biri tərəfindən ötürüldüyünü qeyd edə bilərəm.
2013-2014 illərdə Hərbi Dəniz Qüvvələri komandanı, ölkənin yeganə kontr-admiralı Şahin Sultanova qarşı qaldırılan və nətcədə admiralın həbsinə səbəb olan saxta cinayət işi isə qeyd etdiyim kimi, sözün həqiqi mənasında dövlətə xəyanət idi və hədəf heç də kontr-admiralın personası deyildi.
Həmin saxta cinayət işinin məqsədi Xəzərin Azərbaycan sektorunda Hərbi-Dəniz Qüvvələri tərəfindən ölkənin Xəzərdəki suverenliyini təmin etməli olan sualtı radar sisteminin quraşdırılmasının qarşısını almaq idi. Gördüyümüz kimi, hərbi prokurorluq həmin əməliyyatı da uğurla başa çatdırdı və nəticədə bu gün Azərbaycan faktiki olaraq Xəzərin ölkəyə məxsus sektorunda suverenliyini tam itirmək üzrədir.
Amma bütün bu baş verənlərlə bağlı maraqlı və çox vacib bir sual ortaya çıxır: bütün bu baş verənlər İlham Əliyevin susqunluğu fonundamı, yoxsa onun xeyir-duası ilə törədilir? Bunun cavabını axtardıqda isə incə bir məqamı anlamamaq mümkün deyil: bu gün İlham Əliyev növbəti 7 illiyə yenidən Azərbaycanın prezidenti olacaq. Bəli, seçilməyəcək, məhz olacaq. Sual olunur ki, 2016-cı ilin aprelində onun əmri ilə düşmənin üzərinə gedən əsgər və zabirlərini xainlərlə dolu və millətə düşmən kəsilmiş komandasından qoruya bilməyən və əminəm ki, qorumaq da istəməyən Ali Baş Komandan sayılan İlham Əliyevi buna vadar edən nədir? Sualın cavabı kifayət qədər sadədir: İlham Əliyev üçün daim prioritet olmuş şəxsi hakimiyyətini təmin etmək Xanlar Vəliyevin və onun mənsub olduğu klanın dəstəyindən birbaşa asılıdır. Azərbaycan admiralına, əsgərinə, zabitinə yalnız bu qrupa daxil olan şəxslər belə amansız divan tuta bilər. Elə bu səbəbdən də gün kimi aydındır ki, nə Zakir Həsənov, nə də Xanlar Vəliyev bu cinayətlərə görə heç vaxt cəzalandırılmayacaqlar. Ən azı İlham Əliyev hakimiyyətdən kənarlaşdırılanadək, çünki növbəti 7 ildə ölkədə hüquqi yolla heç bir dəyişiklik mümkün olmayacaq və Əliyevin "Əyyubov qruplaşmasının" təmsilçilərini əsas hakimiyyət postlarına gətirməsi planı da artıq bütün hakimiyyətdaxili qruplara bəllidir. Bu da hər kəsə bəllidir ki, sürətlə mürəkkəbləşən sosial-iqtisadi və geosiyasi fonda etirazlara qalxacaq əhaliyə ən amansız şəkildə divan tuta biləcək qrup məhz "Əyyubov qruplaşmasıdır". Elə bu səbəbdən də ilkin mərhələdə 3 mühüm posta onların nümayəndələrinin təyin olunacağı gözlənilir: DİN rəhbəri, DTX sədri və Baş Prokuror postuna, bu isə Azərbaycanda təkcə güc strukturlarının deyil, son nəticədə bütövlükdə hakimiyyətin həmin qrup tərəfindən tam zəbt olunması deməkdir. Belə idarəçiliyin nəyə və hara aparıb çıxaracağı isə heç kəsdən sirr deyil. İndiki mürəkkəb geosiyasi durumda belə yerdəyişmələrdə həm də bir sıra xarici faktorların maraqlı olması istisna deyil. Çünki ən yaxın zamanda Yaxın Şərqi alova bürüyəcək böyük müharibə təhlükəsi artıq reallığa çevrilməkdədir və bu kontekstdə də Azərbaycan İrana qarşı istifadə oluna biləcək ən mühüm hərbi meydançalardan biri kimi nəzərdən keçirilir. Bu mənada əksəriyyəti kəşfiyyat bağları ilə Rusiyaya bağlı olan hakimiyyətdaxili Əyyubov qruplaşması üzvlərinin Rusiya və Ukraynadakı orta həcmdə biznesi ilə yanaşı, milyardlarla dollar pulunun Qərb banklarında və böyük həcmdə daşınmaz əmlakının Avropa ölkələrində yerləşdirilməsi həmin qruplaşmanı Qərb üçün də "ipə-sapa yatan" edir. Amma görünən həm də budur ki, bu təhlükəni yaxşı anlayan Rusiya da bu tip plan və niyyətlərin qarşısını zamanında almağa cəhd edə bilər, çünki Azərbaycan Rusiya ilə hədəfdə olan İran arasında yeganə birbaşa quru yoludur. Rusiyanın Azərbaycan ərazisindən İrana çıxış əldə etmək istəyi isə faktiki olaraq Azərbaycanın suverenliyinin itirilməsi ilə nəticələnə bilər. Görünür elə məhz bu səbəblərdən də İlham Əliyev başlanacağı günü-gündən real olan müharibəyədək öz legitimliyini təmin etmək üçün "seçkiləri" payızdan yaza keçirdi.

(Davamı olacaq).