Bu gün baş verən əslində gözlənilən idi. Hələ keçən ilin sonunda hakimiyyət qanunvericilikdə dəyişikliklər edəndə bir çoxları, o cümlədən də bəndəniz bu haqda yazmışdı.
Bəli, Rusiyada prezident seçkilərinin keçirilməsinin vaxtının dəyişməsi Azərbaycan üçün siqnal idi, çünki Azərbaycan siyasi sistemi Rusiya modelinin təkcə zəif parodiyası yox, həm də satellitidir. Bu səbəbdən də Rusiyada baş verən siyasi dəyişikliklər demək olar ki, tam formatda Azərbaycana da tətbiq olunur. O cümlədən də avtoritar prezident üsul-idarəsinin "təkmilləşdirilməsi". Amma Azərbaycandan fərqli olaraq Rusiyada "yeniliklər" təkcə daxili siyasi səbəblərdən deyil, həm də qlobal və reqional amillərin təsiri altında həyata keçirilir. O zaman apardığımız təhlillər göstərirdi ki, Rusiyada növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün ən azı bir neçə səbəb var:
1. Rusiyaya tətbiq olunmuş sanksiyalar səbəbindən sürətlə dərinləşən sosial-iqtisadi böhran mart ayı ilə müqayisədə 2018-ci ilin sonunda daha ağır fəsadlar verəcək.
2. Hər gün itkilər verən oliqarxiya Putin hakimiyyətindən məsafələşməyə başlayacaq.
3. Yaxın Şərqdə Rusiya-İran-Türkiyə üçlüyü tərəfindən formalaşdırılmağa başlayan yeni regional düzən sonda həmin bölgədə Suriyadakından və Yəməndəkindən daha böyük miqyaslı hərbi qarşıdurmalara gətirib çıxara bilər.
Başqa səbəblər də var, amma fikrimizcə bunlar əsas səbəblər idi.
Beləliklə, Azərbaycan tərəfindən də eyni addımların atılacağı artıq zamana bağlı məsələ idi və həmin addımların hüquqi bazasının formalaşdırılması yuxarıda qeyd etdiyim kimi, artıq keçən ilin sonundan başlamışdı. Haşiyə çıxım ki, elə Azərbaycanda da bu addım təkcə daxili siyasi səbəblərdən qaynaqlanmır. Yuxarıda göstərdiyim kimi, Yaxın Şərq böyük qarşıdurma mərhələsinə yaxınlaşır və bu, baş verəcəyi halda coğrafi və geosiyasi səbəblərdən Azərbaycanın da həmin prosesə cəlb olunacağı qaçılmazdır. Belə ki, yeni Yaxın Şərq böhranın hədəflərindən biri və bəlkə də birincisi İran ola bilər ki, bu dövlət də Azərbaycanla təkcə həmsərhəd olması ilə əhəmiyyətli deyil. İran əhalisinin 40% qədərinin azərbaycanlı olması və Azərbaycanın Rusiya ilə Iran arasında yeganə quru yolu mövqeyində yerləşməsi potensial münaqişənin tərəflərinin bizə diqqətini daha da artırır. Belə ki, İraqda və Suriyada kürd dövləti qurmaq planlarının uğursuzluqla nəticələnməsi İranı Cənub-Qərbdən, Türkiyəni isə Cənubdan mümkün təhdidlərdən xeyli dərəcədə sığortalamış oldu. Bu şəraitdə İran ətrafında "zəif nöqtələri" yalnız Əfqanıstanda və İran körfəzində qalmış olur ki, bunlar da yetərli deyil. Bu səbəb Azərbaycanı bir tərəfdən Rusiya-İran-Türkiyə üçlüyünə qarşı olan güclər üçün əhəmiyyətli edirsə, digər tərəfdən də yuxarıda qeyd etdiyim kimi, Rusiya ilə İran arasında yeganə quru yolu olan Azərbaycan bu iki həmsərhəd dövlət üçün strateji əhəmiyyət kəsb edir. Amma uzun illərdir tərəflər arasında tərəfsiz qaldığını iddia edən Bakı üçün belə böyük miqyaslı maraq toqquşması sonda hər tərəfdən ciddi təhdidlər doğura bilər. Bildiyimiz kimi, istənilən avtoritar hakimiyyət üçün də ən ciddi təhdidlərdən biri daxili siyasi qarşıdurmaların aktiv fazaya keçməsidir. Buna başqa sözlərlə inqilab, üsyan, iğtişaş və s. də demək olar. Deməli, sərt seçim mərhələsinədək Əliyev hakimiyyəti öz mövqeyini möhkəmləndirməlidir ki, həmin mərhələdə hakimiyyətin müqəddaratı müzakirə predmeti və ya təhdid hədəfi olmasın. Digər tərəfdən də belə bir həssas məqamda hakimiyyətin taleyini həll etmək hakimiyyətdaxili mübarizəyə son qoymaq üçün də uyğun şansdır. Bir çoxları 2018-ci il prezident seçkilərində Mehriban Əliyevanın namizədliyinin veriləcəyini iddia eləsə də, etiraf edim ki, buna hər zaman skeptik yanaşmışam. Bunun da ən azı 4 ciddi səbəbi var:
1. Paşayevlər qruplaşması digər 2 qruplaşma (Mehdiyev və "Kürd" qruplaşması) tərəfindən birinci rola məqbul sayılmır. Belə ki, xanım Əliyeva hakimiyyət üçün nəinki birləşdirici fiqur sayılmır, əksinə, onun birliyinə təhdid kimi qəbul olunur.
2. Paşayevlər mövcud siyasi reallıqda alternativ ola bilmədilər, halbuki onların bu şansı vardı. Bu haqda əvvəl də yazmışam və həmin yazım ciddi narazılıqlar doğurub. Buna baxmayaraq bir daha qeyd etməliyəm ki, bu qrupun əksəriyyəti yoxsullardan və kasıblardan ibarət olan cəmiyyətə dəbdəbəli həyat tərzi ilə təqdim olunması paşayevləri ciddi sosial dayaqlar qazanmaq imkanından məhrum etdi.
3. İkinci bənddə göstərilən səbəblərdən və həmçinin siyasi güc faktoru olaraq təqdim oluna bilməmələri üzündən beynəlxalq aləmdə (xüsusilə də Qərbdə) paşayevlərə münasibətdə yaranan ümid qığılcımları qısa zamanda söndü. Azərbaycanın hüdudlarından kənarda da Mehriban Əliyevanın komandası ciddi siyasi klandan daha çox var-dövlət içində üzən elitar bir kəsim kimi tanındı.
4. Kifayət qədər inzibati, maliyyə və iqtisadi resursların əllərində cəmlənməsinə rəğmən paşayevlər ictimai-siyasi institutlar formalaşdıra bilmədilər. Bu institutlar olmadan isə siyasətdə uğur qazanmaq möcüzə olardı. Amma siyasətdə möcüzələr olmur...
Beləliklə, YAP İlham Əliyevin 4-cü dəfə namizədliyini irəli sürəcəyini bəyan etdi və belə görünür ki, bu da yekun qərar olacaq.
Seçkilərin necə keçiriləcəyi haqda isə nəsə yazmağa xüsusi ehtiyac duymuram. Bu başdan onu deyə bilərəm ki, zaman uğurlu seçilib və indi geosiyasi mübarizə aparan tərəflərin heç birinə Azərbaycanda keçiriləcək seçkilərə xüsusi tənqidi münasibət bildirib İlham Əliyevlə münasibətləri korlamaq lazım deyil. Bu seçkilərin əvvəlkilərdən bircə fərqi o olacaq ki, uduzan təkcə biz - azərbaycan xalqı olmayacaq. İllər boyu bizim "siyasi" reallığa tolerantlıq və hətta dəstək göstərən qlobal güclərdən də hansısa mütləq uduzacaq. Çünki qlobal, regional siyasi mübarizənin konteksti buna işarə edir. Final oyununda heç-heçə olmur. Amma bizim üçün bu, kiçik təskinlikdən başqa bir şey olmayacaq.
Qatar artiq gedib biziycun? Ardinca qacmaqa da bele deymez,bele duwunursuz?
ReplyDeleteBezileri erken secimleri Qarabaqla hetta elaqelendirirler amma bu indiki durumda baw aldatmaya oxwuyur. Yuxarida Rusiya ile baqli 1-2 bendlerde yazdiqlarivuzun tesire Azerbaycana siyasi cehetden ne derecede tesir ede bilecek?
ReplyDeleteSeçkilerin Qarabağla elaqesi qeser absurd bir iddia yoxdur ve Qarabağ derdini növbeti defe alver predmetine çevirmekden başqa bir şey deyil
ReplyDeleteBunun fonunda R Musabeyovun 2-3 rayon qarwiliqinda ermenistanla kommunikasiyalar acila biler daxilde nebzin yoxlanilmasidi yoxsa Krakovdaki goruwden sizdirilan 1 fraqment?
ReplyDeleteBu arada Erestun bey Amerika qeyri resmi Rusyanin burnuny ovdu Suryada- Vaqner ordusu.Bunun neticeleri sizce nece olcaq Rusiya ucun
Bu seçkilər ərəfəsində Qarabağla bağlı verilən bütün mesajlar yaınız ictimai rəyi çaşdırmağa, manipulyasiyaya yönəlib.
ReplyDeleteSuriyada baş verənlər fikrimcə Rusiyaya onun bu cür münaqişə regionları üzərində qlobal siyasət qura bilməyə hazır olmadığını göstərmək məqsədi daşıyır və ilk belə hadisə deyil. Yəqin ki, Rusiya hərbi kontingentini artırmağa çalışacaq ki, çəkilməyəcəyini nümayiş etdirsin. Digər tərəfdən də Rusiyanın əlində başqa təsir vasitələri yoxdur.
Herbi kontingentide artirsa bataqliqa daha cox girecek.Atalar demiw yuxari biq awaqi saqqal veziyyetindedi Rusya.
ReplyDeleteRusiya elə bir tələdədir ki, hansı tərəfə addım atsa da vəziyyəti ancaq ağırlaşacaq.
ReplyDeleteHamı salam,
ReplyDeleteAdım cənab Rugare Sim. Hollandiyada yaşayıram və bu gün xoşbəxt bir insanam? Mən özümə dedim ki, hər kəs mənə və ailəmizə pis vəziyyətimizdən kömək edir, ona borc axtarır olan hər kəsə müraciət edəcəyəm, mənə və ailəmə xoşbəxtlik verdi, mənə kredit verməyə məcbur oldum Mən 2 uşaqlı bir Atam olduğum müddətdə həyatımı başlamağa 300.000.00 və krediti geri ödəyəcəyini xahiş edirəm ona (cənab, Rugare Sim) ona müraciət et. E-poçt vasitəsilə Cənab Mohamed Careen ilə əlaqə saxlayın: (arabloanfirmserves@gmail.com)
KREDİ TƏTBİQ MƏLUMATI FORMASI
Adı ......
Orta adı .....
2) Cins: ......
3) Lazım olan kredit məbləği: .........
4) Kreditin müddəti: .........
5) Ölkə: .........
6) Ev ünvanı: .........
7) Mobil nömrəsi: .........
8) E-poçt ünvanı ..........
9) Aylıq gəlir: .....................
10) Işğal: ...........................
11) Burda hansı sayt haqqında danışdınız .....................
Təşəkkür və ən xoşniyyətlər.
E-poçt: arabloanfirmserves@gmail.com