29 avqust tarixli "Azərbaycan saray çevrilişi ərəfəsində?" (Азербайджан в преддверии дворцового переворота?) başlıqlı yazımda ölkədəki durumu və hakimiyyətdaxili çəkişmələrin pik həddə çatdığını göstərmişdim. Gözlənildiyi kimi yazıya münasibətlər də fərqli oldu ki, burda da qeyri-adi heç nə yoxdur - istənilən bloq yazısı bir nəfərin baxışı, müəllifin təhlilinin (bəzən də təxəyyülünün) məhsulu olduğundan onun mütləq həqiqət kimi qəbul olunmaması da tamamilə təbiidir. Amma siyasi təhlilin öz qaydaları və meyarları var ki, onlara əsaslanaraq yazılan təhlillər bu və ya digər dərəcədə həqiqəti (o cümlədən pərdəarxası həqiqəti) onun üzdə görünən nəticələri vasitəsilə auditoriyaya çatdırır. Elə həmin yazıda göstərdiyim saray çevrilişi təhlükəsi də Azərbaycan hakimiyyəti daxilində gedən qruplararası savaşın üzdə görünən dolayı, bəzən isə çox dolayı əlamətlərinə əsaslanırdı. Bu yerdə haşiyə çıxmağa ehtiyac var ki, "təhlükə" sözü təsadüfən işlədilmir, çünki legitimliyinin suallar doğurub-doğurmamasından asılı olmayaraq istənilən de facto hakimiyyət və ya dövlət başçısının səlahiyyətlərinin digərləri tərəfindən mənimsənilməsi hər bir halda az və ya çox dərəcədə təhlükə mənbəyidir. Elə uzaq tarixdən gələn "Saray çevrilişi" ifadəsi də həmin səlahiyyətlərin sarayin, yəni hakimiyyətin daxilindən mənimsənilməsini və ya məhdudlaşdırılmasını özündə ehtiva edir. Bu baxımdan da həmin yazımda Azərbaycandakı vəziyyəti təsadüfən saray çevrilişi ərəfəsində olan durum kimi dəyərləndirməmişdim. Bu gün, yəni həmin yazıdan 20 gün keçdikdən sonra, vəziyyətin həqiqətən belə olduğunu iddia eləməyə daha çox əsas var. Bu dövrdə Turan informasiya agentliyinin direktoru Mehman Əliyev də daxil 20-dən bir qədər artıq insan həbsdən azad olunsa da daxili mübarizə nəinki zəifləməyib, hətta daha da kəskinləşib. Paşayevlərə loyal münasibətilə seçilən Allahşükür Paşazadə, Anar, Çingiz Abdullayev kimi şəxslərin təqibi, onların Mehdiyev klanının nəzarətində olan media tərəfindən hədəfə alınması halları ilə yanaşı, İlham Əliyevin ailəsinə qarşı açıq-aşkar təhdidlər də üzə çıxmağa başlayıb. Bu isə savaşın keyfiyyətcə yeni mərhələyə keçməsindən xəbər verir. Hədəf də aydındır və bu, hakimiyyətdir. Mehdiyev klanının bütün "cəbhə xətti" boyunca hücuma keçməsi də məhz hakimiyyəti itirmək təhlükəsindən doğan "hücumla müdafiə" taktikasıdır. Səbəb isə çox sadədir: gələn il keçiriləcək seçkilərdə Mehriban Əliyevanın namizədliyinin verilməsi ehtimalını klan özünün siyasi (bəlkə də daha çox) məhvi kimi qəbul edir. Bu əndişələr də əsassız deyil. Belə ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyi irəli sürüləcəyi halda Azərbaycan seçki ənənələri şəraitində hakimiyyətin müqəddaratının həll olunacağını ehtimal etmək bir o qədər də çətin olmayacaq. Təsəvvür edək ki, 2018-ci il prezident seçkilərində YAP
M. Əliyevanın namizədliyini irəli sürür. Qeyd etdiyim kimi, bu halda onun ölkənin növbəti prezidenti olması üçün bütün zəruri mexanizmlər mövcuddur. Burada başqa bir amilin - beynəlxalq birliyin təsir imkanlarını və rolunu da unutmayaq. Beynəlxalq siyasətdə belə bir şablon yanaşma var ki, uzun müddət hakimiyyətdə olan bir şəxsin başqası tərəfindən əvəzlənməsi hər bir halda dinamikadır və o cümlədən də mümkün müsbət dinamika şansı kimi dəyərləndirilə bilər. Həmin "başqasının" isə kim olacağı artıq ikinci dərəcəli məsələdir. Əslində, müəyyən mənada cəmiyyətdə də bu, məhz belə qəbul olunur. Bu da anlaşılandır ki, uzun illərdir iqtidar tərəfindən küncə sıxılaraq zəiflədilən, təqib olunan və bütün resurslardan məhrum olunan müxalifət istəsə belə hakimiyyətə rəqib ola bilməz. Burdan belə qənaətə gəlmək olar ki, Əliyevanın namizədliyinin irəli sürülməsi beynəlxalq aləmin müəyyən bir hissəsi tərəfindən də tolerant qarşılana bilər. Amma bu gün görünən budur ki, belə bir ssenari müxalifətdən daha çox iqtidarın daxilindəki Mehdiyev qruplaşmasını narahat edir, özü də çox ciddi. Müxalifət kimliyindən asılı olmayaraq, istənilən YAP namizədinin prezident ediləcəyi halda heç nəyin dəyişməyəcəyinə əmindir və bu da tamamilə doğrudur. Hakimiyyətin daxilindəki "ənənəvi zümrə" isə, yuxarıda qeyd etdiyim kimi, bunu özünə ən ciddi təhdid kimi görür. Heç kəsdən sirr deyil ki, Əliyevi Əliyevanın əvəzləyəcəyi halda Mehdiyev klanı sıradan çıxarılacaq və onun bütün mümkün müqavimət cəhdlərinin qarşısı sərt, kobud güc vasitəsilə alınacaq. Onda da "Azərbaycanda hansısa bölgənin siyasi hakimiyyətdə payı olmadan sabitlik mümkün deyil" tezisi sabun köpüyü kimi dağılacaq. Bu da tamamilə təbiidir, çünki bütövlükdə hakimiyyət kimi, Mehdiyev klanının da dayağı ölkə əhalisi yox, güc strukturlarına yerləşdirilmiş, idmançılardan, qəssablardan, avtobus sürücülərindən generala qədər "yüksəldilmiş" qoçular dəstəsidir. Təsadüfi deyil ki, həmin dəstənin fəal üzvlərindən biri olan Bakı baş polis idarəsinin rəisi Mirqafar Seyidovun başçılıq etdiyi siyahı sanksiyalara təqdim olunan kimi yuxarıda qeyd etdiyim həbsdən azad olunmalar baş verdi. Anlaşılandır və bu da Qərb siyasətinin ən adi siyasi-texnoloji gedişlərindən biridir: hakimiyyəti və ya onun daxilindəki hər hansı bir qrupu zəiflətməyin ən ideal yolu onu qoruyan dayaqlarına, onların illər boyu topladığı oğurluq sərvətə sanksiyalar tətbiq eləməkdir. "Hər kəsin köynəyi öz bədəninə daha yaxındır" fəlsəfəsinin effektivliyi Azərbaycanda da özünü göstərdi - klan öz aqibətini göz altına alaraq "yumşalmaya" getməyə məcbur oldu. Bu da anlaşılandır, çünki hakimiyyətə xidmət edənləri birləşdirən amillər ideologiya, dəyərlər, qarşılıqlı etimad, bir-birinə inam yox, primitiv pay bölgüsüdür. Amma Paşayevlərin tərəfdarlarını hədəfə almaqda qətiyyətli görünən Mehdiyev klanının bu mərhələdən məğlub çıxdığını desək, yəqin ki, yanılmarıq. Çünki o, öz zəif nöqtəsini göstərdi. İndi həmin nöqtəyə vurub-vurmamaq və yaxud nə zaman, hansı güclə vurmaq artıq siyasi qərara bağlıdır. Əlbəttə ölkədən kənarda veriləcək qərara və həmin qərar olacaqsa deməli, zərbə də vurulacaq. Amma bütün bu daxili mübarizədə yeri və rolu tam aydın olmayan bir nəfər də var ki, bu haqda gələcək yazımda oxuya biləcəksiniz. Əlbəttə, söhbət İlham Əliyevdən gedəcək. Beləliklə, əvvəllər də qeyd etdiyimiz kimi, Azərbaycanda hakimiyyət uğrunda mübarizə hakimiyyətin daxilində gedir, amma o, daha çox kənardan idarə olunur. Hələlik daha çox görünən Rusiyadır, amma Qərbin də prosesə açıq şəkildə müdaxilə edəcəyi gözləniləndir. Bunu da mövcud geosiyasi durumun özü diqtə edir və bu, həmçinin Azərbaycanın coğrafi mövqeyinin əhəmiyyəti ilə bağlıdır: mümkün ABŞ-İran qarşıdurması gündəmdə qaldıqca Azərbaycan məsələsi də həmin paketə daxil olan bəndlərdən biri kimi aktual olacaq. Başqa cür mümkün də deyil, çünki Azərbaycan İranı onun tarixi müttəfiqi Rusiya ilə quru yolu vasitəsilə əlaqələndirə biləcək yeganə ölkədir.
Çox gözəl detallı açıqlamadır.
ReplyDeleteBir haşiyə: ABŞ vs İRAN-dan çox, Azərbaycan Xəzərə çıxış məqsədi üçün maraqlıdır. Bu Qərb üçün bizim daha vacib rolumuzdur. Onların yeganə şansıdır. Bu baxımdan İlham Əliyev onlar üçün daha maraqlı siyasətçidir. Bu da Mehdiyev klanının Qərb tərəfindən hədəfdə saxlanılması və mümkün rokirovkaya dəstək vermək kimi qiymətləndirilən sanksiya "priyomunun" hazır saxlanılmasına səbəbdir. Mehdiyev komandası hakimiyyəti əlinə alsa Şimal bu perspektivi Qərb üçün basdırmış olacaq.
Beli, haqlisiniz, biz geosiyasi maraqlarin toqqushma merkezine çevrilirik.
ReplyDeleteDiqqetiniz uchun teshekkur edirem!
Mənə maraqlı gələn, Mehdiyev klanının vurulmasından sonra ölkə daxilində müəyyən istənilən dəyişikliklərin edilməsi mümkün olacaqmı? yoxsa bu klanın varlığı ilə yoxluğunun daxili siyasətə heç bir təsiri yoxdurmu?
DeleteBu klan daxili siyasətə ən ciddi təsiri olan hakimiyyətdaxili qrupdur. Bir növ azlığın çoxluq üzərindəki hakimiyyətini təmin edən klanın daxili siyasətə aidiyyatı olmaya bilməz. Təəssüf ki, həmin klanı sıradan çıxarmaq çox çətin olacaq, amma məhdud və primitiv regionçuluq üzərində dayanan bu klanın vurulması Azərbaycan xalqı və dövləti üçün həyati əhəmiyyət kəsb edir. Bu klan nəyin bahasına olursa-olsun vurulmalıdır, əks-təqdirdə ölkə əhalisi ömrü boyu özünü mütləq çoxluqdan kəskin fərqləndirən bir ovuc intellektual, mədəni və mənəvi baxımdan qüsurlu zümrənin əsarətində qalacaq.
DeleteMueyyen tesiri olacaq, amma ne qeder, onu demek çetindir
ReplyDeleteBele gorunur 2018 ve seckilerden sonra 2019 cox isti olacaq ve butun bu son olaylar kontekstinde prezidendin BMT assambleyasina ailevi getmeside maraqli addim geldi. Konspirologiya heveskari olmasam da sanki onnari ya mumkun ola bilecek texribatdan qorumaq ucun ya da bawqa bizim bilmediyimiz sebebden aparmiw oldu,nezere alanda ki, yeni konstitusiyamiz tamam bawqa cur deyir
ReplyDeleteMəncə isə məsələ daha sadədir - Nyu Yorku gəzməyə gediblər )
ReplyDeleteYeni 1-de hacan bele furset ele duwer?))) Eger beledirse -berekallah! Olkede avtopilotda gedirde ozuycun ))
ReplyDeleteEledir teessef ki
ReplyDeletehttps://m.youtube.com/watch?v=T3YKD6IdjJg
ReplyDeleteBu linki baxannan soram bildim duz diyirsuz-New Yorka shoppinge gedibler
Amma olke adina vetendaw kimi ytandim
Teeccüblenmedim...
ReplyDelete