....Ay siz öləsiniz! Bunların ürəyindən keçənə bax hələ... Azadlıq, İstefa, Yüksək maaş... Qulaqlarınız dibini görərsiniz bunların əvəzinə! Ağzınıza bir parça çörək atacağam, səsnizi kəsib oturacaqsınız yerinizə. Siz adamsınız ki, ləyaqətli həyat tələb edirsiniz? Siz mənim, ailəmin ayaqlarımız altında dolaşan həşəratsınız, elə həşərat kimi də yaşayacaqsınız: bax bu da sizin ləyaqətli həyatınız! Siz mənə pişik kimi yaltaqlanıb, it kimi qarşımda quyruq bulayıb, özümə, atama-anama, arvadıma, oğluma-qızıma yaltaqlanacaqsınız ki, acından öldürməyim sizi. Siz öz əllərinizlə körpə qızlarınızı mənim əlaltılarıma, qulbeçələrimə, nökərlərimə verəcəksiniz ki, onlardan bir tulapayı alıb acından ölməyəsiniz! Siz buna layiqsiniz! Budur sizin ləyaqətli həyatınız! Siz bunu istəyirsiniz? Mən də sizə elə bunu vermişəm, hələ verəcəyəm də! Mənsə sizə vədlər verməklə, 5-10% pensiyalarınızı, maaşlarınızı artırmaqla ələ salacağam, necə ki, illərlədir bunu edirəm. Əvəzində namusunuzdan tutmuş evlərinizə qədər hər şeyi alacağam. Çünki siz buna layiqsiniz! Mən oturuşumla, duruşumla, sözlərimlə, jestlərimlə sizi hər zaman təhqir edirəm və edəcəyəm də. Sizsə mənə yarınmağı, ac küçə iti kimi qarşımda quyruq bulamağı özünüzə şərəf biləcəksiniz! Siz buna layiqsiniz! Siz yoxsulluq, zülm içində gözünüz qarşısında övladınızı itirəndə də, ac-yalavac balalarınıza yedizdirməyə bir parça çörək tapanda da mənə dua edəcəksiniz, mən sizə bunu etdirəcəyəm! Allaha yox, mənə! Sizin Allahınız da, Peyğəmbəriniz də, İmamınız da mənəm!!! Siz ömrünüzün son günlərini də mənə bağışlayacaqsınız! Necə? Mənim əlimin, ayağımın altındakılar sizə bunu öyrədəcəklər. Mən onları bütün bu alçaqlıqlardan keçirib, onlara imkan verdim ki, indi də onlar öz keçdikləri yolu sizlərə göstərsinlər. Siz buna layiqsiniz! Bilirsiniz niyə layiqsiniz? Çünki siz məni sevmirsiniz, siz mənə səs vermədiniz! Siz elə bilirdiniz ki, sizin səsiniz, sözünüz nəyisə həll edir? Ay siz öləsiniz! İndi mən sizə bunu izah edirəm, hələ bu harasıdır! Hələ ölməyin, sürünün bir az da, alçalın bir az da, onda görəcəksiniz sizə nə divan tutacağaçam.
Başınızı qaldıracaqsınız? Qaldırın, görün sizdən də yaramazların əlilə sizə necə od qoyuram! Siz məndən nəsə tələb edəcəksiniz? Ha-ha-ha! Cəhd eləyin, amma bilin ki, sizinlə ən amansız şəkildə rəftar edəcəyəm! Çünki siz buna layiqsiniz! Siz insan deyilsiniz! Mən sizə nifrət edirəm! Bax belə!!!
No comments:
Post a Comment