Wednesday, September 20, 2017

Azərbaycan saray çevrilişi ərəfəsində? (2-ci yazı)

29 avqust tarixli "Azərbaycan saray çevrilişi ərəfəsində?" (Азербайджан в преддверии дворцового переворота?) başlıqlı yazımda ölkədəki durumu və hakimiyyətdaxili çəkişmələrin pik həddə çatdığını göstərmişdim. Gözlənildiyi kimi yazıya münasibətlər də fərqli oldu ki, burda da qeyri-adi heç nə yoxdur - istənilən bloq yazısı bir nəfərin baxışı, müəllifin təhlilinin (bəzən də təxəyyülünün) məhsulu olduğundan onun mütləq həqiqət kimi qəbul olunmaması da tamamilə təbiidir. Amma siyasi təhlilin öz qaydaları və meyarları var ki, onlara əsaslanaraq yazılan təhlillər bu və ya digər dərəcədə həqiqəti (o cümlədən pərdəarxası həqiqəti) onun üzdə görünən nəticələri vasitəsilə auditoriyaya çatdırır. Elə həmin yazıda göstərdiyim saray çevrilişi təhlükəsi də Azərbaycan hakimiyyəti daxilində gedən qruplararası savaşın üzdə görünən dolayı, bəzən isə çox dolayı əlamətlərinə əsaslanırdı. Bu yerdə haşiyə çıxmağa ehtiyac var ki, "təhlükə" sözü təsadüfən işlədilmir, çünki legitimliyinin suallar  doğurub-doğurmamasından asılı olmayaraq istənilən de facto hakimiyyət və ya dövlət başçısının səlahiyyətlərinin digərləri tərəfindən mənimsənilməsi hər bir halda az və ya çox dərəcədə təhlükə mənbəyidir. Elə uzaq tarixdən gələn "Saray çevrilişi" ifadəsi də həmin səlahiyyətlərin sarayin, yəni hakimiyyətin daxilindən mənimsənilməsini və ya məhdudlaşdırılmasını özündə ehtiva edir. Bu baxımdan da həmin yazımda Azərbaycandakı vəziyyəti təsadüfən saray çevrilişi  ərəfəsində olan durum kimi dəyərləndirməmişdim. Bu gün, yəni həmin yazıdan 20 gün keçdikdən sonra, vəziyyətin həqiqətən belə olduğunu iddia eləməyə daha çox əsas var. Bu dövrdə Turan informasiya agentliyinin direktoru Mehman Əliyev də daxil 20-dən bir qədər artıq insan həbsdən azad olunsa da daxili mübarizə nəinki zəifləməyib, hətta daha da kəskinləşib. Paşayevlərə loyal münasibətilə seçilən Allahşükür Paşazadə, Anar, Çingiz Abdullayev kimi şəxslərin təqibi, onların Mehdiyev klanının nəzarətində olan media tərəfindən hədəfə alınması halları ilə yanaşı, İlham Əliyevin ailəsinə qarşı açıq-aşkar təhdidlər də üzə çıxmağa başlayıb. Bu isə savaşın keyfiyyətcə yeni mərhələyə keçməsindən xəbər verir. Hədəf də aydındır və bu, hakimiyyətdir. Mehdiyev klanının bütün "cəbhə xətti" boyunca hücuma keçməsi də məhz hakimiyyəti itirmək təhlükəsindən doğan "hücumla müdafiə" taktikasıdır. Səbəb isə çox sadədir: gələn il keçiriləcək seçkilərdə Mehriban Əliyevanın namizədliyinin verilməsi ehtimalını klan özünün siyasi (bəlkə də daha çox) məhvi kimi qəbul edir. Bu əndişələr də əsassız deyil. Belə ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyi irəli sürüləcəyi halda Azərbaycan seçki ənənələri şəraitində hakimiyyətin müqəddaratının həll olunacağını ehtimal etmək bir o qədər də çətin olmayacaq. Təsəvvür edək ki, 2018-ci il prezident seçkilərində YAP
M. Əliyevanın namizədliyini irəli sürür. Qeyd etdiyim kimi, bu halda onun ölkənin növbəti  prezidenti olması üçün bütün zəruri mexanizmlər mövcuddur. Burada başqa bir amilin - beynəlxalq birliyin təsir imkanlarını və rolunu da unutmayaq. Beynəlxalq siyasətdə belə bir şablon yanaşma var ki, uzun müddət hakimiyyətdə olan bir şəxsin başqası tərəfindən əvəzlənməsi hər bir halda dinamikadır və o cümlədən də mümkün müsbət dinamika şansı kimi dəyərləndirilə bilər. Həmin "başqasının" isə kim olacağı artıq ikinci dərəcəli məsələdir. Əslində, müəyyən mənada cəmiyyətdə də bu, məhz belə qəbul olunur. Bu da anlaşılandır ki, uzun illərdir iqtidar tərəfindən küncə sıxılaraq zəiflədilən, təqib olunan və bütün resurslardan məhrum olunan müxalifət istəsə belə hakimiyyətə rəqib ola bilməz. Burdan belə qənaətə gəlmək olar ki, Əliyevanın namizədliyinin irəli sürülməsi beynəlxalq aləmin müəyyən bir hissəsi tərəfindən də tolerant qarşılana bilər. Amma bu gün görünən budur ki, belə bir ssenari müxalifətdən daha çox iqtidarın daxilindəki Mehdiyev qruplaşmasını narahat edir, özü də çox ciddi. Müxalifət kimliyindən asılı olmayaraq, istənilən YAP namizədinin prezident ediləcəyi halda heç nəyin dəyişməyəcəyinə əmindir və bu da tamamilə doğrudur. Hakimiyyətin daxilindəki "ənənəvi zümrə" isə, yuxarıda qeyd etdiyim kimi, bunu özünə ən ciddi təhdid kimi görür. Heç kəsdən sirr deyil ki, Əliyevi Əliyevanın əvəzləyəcəyi halda Mehdiyev klanı sıradan çıxarılacaq və onun bütün mümkün müqavimət cəhdlərinin qarşısı sərt, kobud güc vasitəsilə alınacaq. Onda da "Azərbaycanda hansısa bölgənin siyasi hakimiyyətdə payı olmadan sabitlik mümkün deyil" tezisi sabun köpüyü kimi dağılacaq. Bu da tamamilə təbiidir, çünki bütövlükdə hakimiyyət kimi, Mehdiyev klanının da dayağı ölkə əhalisi yox, güc strukturlarına yerləşdirilmiş, idmançılardan, qəssablardan, avtobus sürücülərindən generala qədər "yüksəldilmiş" qoçular dəstəsidir. Təsadüfi deyil ki, həmin dəstənin fəal üzvlərindən biri olan Bakı baş polis idarəsinin rəisi Mirqafar Seyidovun başçılıq etdiyi siyahı sanksiyalara təqdim olunan kimi yuxarıda qeyd etdiyim həbsdən azad olunmalar baş verdi. Anlaşılandır və bu da Qərb siyasətinin ən adi siyasi-texnoloji gedişlərindən biridir: hakimiyyəti və ya onun daxilindəki hər hansı bir qrupu zəiflətməyin ən ideal yolu onu qoruyan dayaqlarına, onların illər boyu topladığı oğurluq sərvətə sanksiyalar tətbiq eləməkdir. "Hər kəsin köynəyi öz bədəninə daha yaxındır" fəlsəfəsinin effektivliyi Azərbaycanda da özünü göstərdi - klan öz aqibətini göz altına alaraq "yumşalmaya" getməyə məcbur oldu. Bu da anlaşılandır, çünki hakimiyyətə xidmət edənləri birləşdirən amillər ideologiya, dəyərlər, qarşılıqlı etimad, bir-birinə inam yox, primitiv pay bölgüsüdür. Amma Paşayevlərin tərəfdarlarını hədəfə almaqda qətiyyətli görünən Mehdiyev klanının bu mərhələdən məğlub çıxdığını desək, yəqin ki, yanılmarıq. Çünki o, öz zəif nöqtəsini göstərdi. İndi həmin nöqtəyə vurub-vurmamaq və yaxud nə zaman, hansı güclə vurmaq artıq siyasi qərara bağlıdır. Əlbəttə ölkədən kənarda veriləcək qərara və həmin qərar olacaqsa deməli, zərbə də vurulacaq. Amma bütün bu daxili mübarizədə yeri və rolu tam aydın olmayan bir nəfər də var ki, bu haqda gələcək yazımda oxuya biləcəksiniz. Əlbəttə, söhbət İlham Əliyevdən gedəcək. Beləliklə, əvvəllər də qeyd etdiyimiz kimi, Azərbaycanda hakimiyyət uğrunda mübarizə hakimiyyətin daxilində gedir, amma o, daha çox kənardan idarə olunur. Hələlik daha çox görünən Rusiyadır, amma Qərbin də prosesə açıq şəkildə müdaxilə edəcəyi gözləniləndir. Bunu da mövcud geosiyasi durumun özü diqtə edir və bu, həmçinin Azərbaycanın coğrafi mövqeyinin əhəmiyyəti ilə bağlıdır: mümkün ABŞ-İran qarşıdurması gündəmdə qaldıqca Azərbaycan məsələsi də həmin paketə daxil olan bəndlərdən biri kimi aktual olacaq. Başqa cür mümkün də deyil, çünki Azərbaycan İranı onun tarixi müttəfiqi Rusiya ilə quru yolu vasitəsilə əlaqələndirə biləcək yeganə ölkədir.

Wednesday, September 13, 2017

Эффект бумеранга

Наконец-то наша интеллигенция заговорила. Но перед этим, судя по манерам поведения (мягко говоря) не очень вменяемый мэр "вспомнил", что оказывается кафе под названием "26" является явным намеком на 26 бакинских комиссаров, о которых в недавнем прошлом не только сам Абуталыбов, но и его перекрасившиеся сегодняшние лидеры тоже говорили, читали стихи с пеной у рта. Видите ли, у "малины", называющей себя властью, заиграли патриотические жилы. А потом все как в трагикомедии-заткнувшиеся по поводу Panama Papers, трех миллиардов ворованных денег, взялись за свои заказные пера и стали поносить двух главных на сегодняшний день писателей страны. За что? Как за что? За то, что Чингиз Абдуллаев обманул общественное мнение, которое уже два с половиной десятилетия подвергается не только патологическому обману, но и изнасилованию с элементами разврата. Я не знаю кто и почему дал злополучному кафе такое название, но точно знаю, что все произошедшее вокрyг нее не выходит за рамки законов развития. Людей, которые все это время молчали о всех безобразиях, беспределе, происходящих в стране, заставили говорить о суде, о законах, о правах. Внушает, конечно. Только жаль, что они не говорили тогда, когда их народ пытался спасти свое имущество (точнее, крышу над головой) от беззакония и произвола этих же властей. А ведь хорошо помнят все как прикидывающийся странным (я старался выразить это максимально корректно) штатный клоун власти разрушал дома людей под музыку "зурна-балабана" на Баиле или же когда насильственно выселяли людей и сносили их дома на улице Физули и на "Советской". Тогда тоже молчали и фактически своим молчанием поощряли все эти бесчинства.
Нет, я далек от мысли упрекать Анара или Чингиза Абдуллаева, хотя бы по одной причинe - они намного больше, выше и лучше тех, кто по заказу "сверху" набрасывается на них сегодня. Я глубоко убежден в том, что подавляющее большинство тех, кто сегодня нахально наезжают на двух ведущих писателей не в состоянии написать хотя бы полстраницы своей биографии без ошибок. Но то, что произошло и называется эффектом бумеранга. Теперь же бумеранг полетит в другую сторону. Туда, откуда его бросают на нас вот уже без малого четверть века.
Наконец, очень хочется верить, что произошедшее стало уроком для интеллектуалов страны и они впредь не будут сидеть ждать когда же на них полетят бумеранги.
Как видите, "хочется верить" написал, а не "верю".

Tuesday, August 29, 2017

Азербайджан в преддверии дворцового переворота?


Хотя и внуривластная борьба уже долгие годы является неотъемлемой частью повседневной жизни правящей клики Баку, но самые резкие движения в этой внутренней междоусобице только сейчас начинают всплывать наружу. И то, пока косвенно. Еще в начале 2004-го года наш центр (Центр Исследований «Восток-Запад») опубликовал аналитический материал о группировках внутри азербайджанской власти и борьбе между ними за влияние на перераспределение ресурсов и принятие политических решений, с описанием полного расклада сфер влияния и списка лиц, входящих в эти группировки. Несмотря на достаточно серьезные изменения в этом раскладе за прошедшие 13 лет, борьба между основными двумя влиятельными группировками (одна из которых тогда только начинала свое становление) продолжается и поныне. Напомню, что еще тогда в качестве самой влиятельной группировки мы указали часть правящей элиты, возглавляемую  пророссийским руководителем президентской администрации Рамизом Мехтиевым. Данная группа была тогда условно обозначена как "Шарурская», по названию района в Нахчыванской Автономной Республике, откуда родом вышел называющийся в простонародье «серым кардиналом» лидер российской «пятой колонны» в Азербайджане.

Еще напомню, что данный материал был опубликован буквально через полгода после того как Ильхам Алиев унаследовал власть от отца - Гейдара Алиева. Тут же оговорюсь, что правильнее было бы сказать унаследовал должность президента, а реально же власть была распределена в большей степени между двумя группировками. Очевидно, что в этих условиях Алиеву-младшему предстояло сделать немало, чтобы получить «место под солнцем» для себя и своей семьи. Именно тогда и была заложена основа новой группировки - клана пашаевых (название клан берет от девичьей фамилии Мехрибан Алиевой - первой леди и ныне также первого вице-президента страны). За все эти годы, начиная с прихода Ильхама Алиева к власти в конце 2003 года, клан пашаевых успел не только сколотить многомиллиардный капитал, но также смог превратиться в команду (хотя и слабую в политическом смысле), не скрывающей свох амбиций на верховную власть в стране. Таким образом, уже к началу второго президентского срока Ильхама Алиева (2008 год) кроме вышеназванной «Шарурской» группировки все остальное были окончательно вытеснены и лишены существенной части накопленного капитала, а представители их были либо выдворены из страны, либо рассажены по тюремным камерам. Что касается капитала пашаевых, то он, разумеется, был накоплен путем казнокрадства, коррупции и присвоения государственного имущества. Другими словами, в полном соответствии с неписанными законами клептократии. Именно на месте выведенных из игры по меньшей мере 3-х относительно слабых группировок возник, стал на ноги и окреп клан пашаевых.

Методы накопления капитала, а также расширения своего политического  влияния новоявленного клана не только не выходили за рамки общепринятых принципов и стандартов власти, но порой даже напоминали годы брежневского застоя. Именно в тот период на небосклоне появилась амбициозная Мехрибан ханым, с характерной для фотомоделей внешностью, масштабам подхалимажа и лизоблюдства в адрес которой мог бы позавидовать сам честолюбивый Гейдар Алиев. Путем воздействия на слабовольного супруга госпожа Алиева шаг за шагом внедряла в высокие государственные кабинеты своих людей, которые в свою очередь не только становились активными представителями клана, но и беспрекословно служили дальнейшему обогащению семьи пашаевых, некогда рядовой семьи типичной советской интеллигенции.

Однако, сама философия жизни и понимание политики первой леди достаточно ярко показали себя и в подборе кадров для семейной команды. В высокие государственные кабинеты рассаживались люди, отличающиеся не только непрофессионализмом и полной отчужденностью от простого народа, но порой даже лишенные чувства ответственности за занимаемые должности и элементарные нормы поведения традиционалистского общества. Все это и их пренебрежительное отношение к народу зачастую выражается настолько явно, что даже члены мехтиевского клана с низким уровнем образования и культуры на фоне первых выглядят куда более приемлемыми обществом, называющим пашаевских кадров обобщенно «шампунчиками». Таким образом, вместо альтернативной команды клан пашаевых за все эти годы смог создать узкий круг чуждых народу и его образу жизни «респектабельных» космополитов, вряд ли готовых и вообще, способных к внутриполитическим баталиям. Перманентные попытки пашаевых нейтрализовать то самого Мехтиева, то его ближайщего сторонника, министра Внутренних Дел Рамиля Усубова так и не увенчались успехом. Периодические позиционные успехи же пашаевской семьи ограничились продвижением своих кадров, но не более того. Что касается мехтиевского клана, то внури страны он исключительно опирается на дерзкую и сплоченную нахчыванскую команду, преимущественно с советским прошлым. Впрочем, как и сам Рамиз Мехтиев, в бытность секретарь ЦК Компартии Советского Азербайджана. Кстати, клан пашаевых тоже не лишен традиционной региональной социальной базы – он выдает себя за защитников интересов бакинского и ширванского региона, часть предствителей которой считают себя временными поселенцами на своей территории, оккупированной нахчыванцами. Как видим, кланы ведут борьбу не только между собой, но и умело вовлекают в нее миллионы граждан страны, противопоставляя их.  

Разность основных двух кланов этим не ограничивается, у них также разные внешние покровители. Именно поэтому провозглашенная еще  Алиевым-старшим так называемая сбалансированная внешняя политика в годы правления его сына тоже была подвержена определенной коррекции. Видно Ильхама Алиева убедили, что безошибочным внешнеполитическим выбором для того, чтобы защитить себя,  обезопасить, а также укрепить власть семьи, является близкое партнерство с Израилем, которое может также гарантировать получение опеки со стороны международных произраильских лоббистов. Справедливости ради следует отметить, что подобный расчет оправдал себя в немалой степени, хотя нетрудно было понять, что он не может вызвать особого восторга у двух крупных соседей Азербайджана - России и особенно Ирана. Постепенное углубление внедрения Израиля в Азербайджан (особенно в области безопасности и военного сотрудничества) приносил свои дивиденды также на международной арене. Дело дошло до того, что в Вашингтоне попросту закрыли глаза не только на разгром Алиевым демократической оппозиции, прессы и НПО, но даже не отреагировали на закрытие деятельности и выдворение из страны самих американских и европейских СМИ и институтов. Политическая система страны была поэтапно разрушена, авторитаризм (а параллельно и криминализация власти) достиг уровня, даже не очень характерного для семейно-клановых систем управления. Многомиллиардные поступления от продажи нефти и газа настолько безжалостно разбазаривались, что Азербайджан по своим показателям социально-экономического развития не смогла уходить далеко от таких стран, как Камерун, Нигерия и Венесуэла. При этом различние западные финансовые и другие институты представляли Азербайджан чуть ли не образцом свободного рынка и экономических свобод, цинично ссылаясь на тотально сфальцифицированные данные Госкомстата. Именно в этих условиях в стране воцарились полное игнорирование свободы слова и прессы, тотальная слежка за гражданами, безальтернативность официальной пропаганды, а также жесткое подавление любой формы инакомыслия. На фоне такого системного насилия грабились миллиарды, а азербайджанское общество становилось молчаливым и покорным. Немало усилий в этот процесс было вложено также разного рода лоббистами алиевского режима, а также лицемерным отношением всему происходящему в Азербайджане глубоко коррумпированных международных организаций и структур. Дело доходило до того, что даже послы некоторых демократических стран Европы открыто игнорировали любого рода контакты с активистами, критикующими власть, боясь попасть в немилость «семьи». В списках лоббистов алиевского режима высвечивались такие имена, как Генри Киссинджер, Збигнев Бзжезинский и Ганс-Дитрих Геншер. Десятки американских сенаторов и конгрессменов были вынуждены вернуть подарки, полученные от властей Азербайджана во время их визита в Баку, после жестких разоблачительных статей в таких изданиях, как Нью Йорк Таймс и Вашингтон Пост. Но даже несмотря на спорадические разоблачения, дела коррумпированного семейно-кланового режима шли как «по маслу».

Однако, резкое падение цен на нефть и крупные коррупционные аферы (например, крах финансового рынка страны, инициированный баналным ограблением Международного Банка Азербайджана), а также потеря интереса Запада к Азербайджану стали резко повышать уязвимость режима и обнажать ее ковоточащие язвы, на что последний стал еще более паранояльно реагировать усилением репрессивного аппарата. Но горький исторический опыт подобных режимов показывает, что в условиях социально-экономического кризиса репрессии являются далеко не самым эффективным средством. По крайней мере, в долгосрочной перспективе это не обещает ничего обнадеживающего. Волны девальваций, приведшие к резкому обнищанию основной части населения, углубление раскола между двумя вышеописанными группировками, рост чиновничего беспредела, а также развал институтов власти поставили алиевско-мехтиевско-пашаевскую власть перед фактом: страна катится к хаосу и остановить это почти невозможно будет. А когда еще все это происходит в условиях резкого обострения геополитической борьбы, то угроза для разрозненной власти удваивается. Резкое снижение интереса США и Европы к Азербайджану создает благоприятные условия для повышения роли России, которая все эти годы не только не допустила разрушения своей сети в Азербайджане, но даже достаточно расширила ее влияние. Подрыв доверия к США и Европе, а также разочарования в ожиданиях западной поддержки в строительстве правового демократического государства, отвернули от Запада часть даже самых ярых сторонников и носителей ценностей, принятых называть западными. Оказалось, что самая высокая ценность, которую Запад преследовал в Азербайджане - это нефть. В этом смысле тоже не удивительно, что Россия, являющееся военным союзником Армении, оккупировавщей азербаджанские земли, смогла завоевать лояльность даже в стане национал-демократов, традиционно считающихся прозападными. Угроза стремительного распространения нетрадиционных для страны радикальных толков Ислама (к примеру, верующими, большинство которых исповедует шиитский толк Ислама, ваххабизм воспринимается  не иначе, как западный феномен) повысил и без того высокий уровень симпатий к России среди религиозной части населения. В этих условиях и особенно в преддверии подписания 15 сентября с.г. договора о продлении действия  «контракта века» (нефтяного договора между Азербайджаном и западными кампаниями) до 2050 года переход России к конкретным действиям (был) вполне предсказуем и логичен. И как уже видно из косвенных признаков интриг внутри азербайджанской власти влияние алиевской четы достаточно ограничено пророссийской группировкой, что невозможно было бы без прямого содействия самой России. Не исключено, что подобное развитие может привести к полному отстранению «семьи» от власти в ближайщем будущем. Следовательно, уже сегодня с определенной долей уверенности можно сказать, что Азербайджан находится в преддверии дворцового переворота. 

Если он еще не свершился, конечно...

Tuesday, August 8, 2017

Əzdiyi xalqın ayaqları altında bitən tiranlar

İstər yaxın, istərsə də uzaq tarixə nəzər saldıqda bir qanunauyğunluğu asanlıqla sezmək olur: sərhədsiz, hüdudsuz hakimiyyət talançılığa başlayıb, sonra mənəvi aşınmaya keçir, sonda isə sıradan küçə əxlaqsızlığına yuvarlanır. Bütün bu ardıcıllığın da məntiqi sonu bəllidir. Roma boyda imperiyadan tutmuş Sovetlər Birliyinədək hamısı məhz bu yolu keçib. Kiçik Azərbaycan da bu mənada istisna deyil, çünki bu, ümumi ictimai inkişafın qanunauyğunluğudur. Orta əsrlərin içki məclislərindən başı açılmayan oyuncaq krallarından, qadın düşkünü olan kəmağıllı şahlarından tutmuş üzdə qüdrətli görünən imperatorlara, yeri-göyü lərzəyə gətirdiyi iddia edilən müasir diktatorlaradək hamısı bu qanunauyğunluğun qurbanı olub. Çünki sönmək bilməyən hakimiyyət ehtirasının və bu hakimiyyət vasitəsilə acgözlüklə varlanmağın apardığı yolun məntiqi sonu budur.  
İndi bir çoxları sual verir ki, son günlər baş verən avtoqətliama görə İlham Əliyev kimisə (konkret halda, "Qaçqınkom" sədri Əli Həsənovu) tutduğu vəzifədən kənarlaşdıracaqmı? Əslində sualın özü çox sadəlövh görünsə də, Mehdiyev klanına xidmət edənlərin "baba nəvəyə görə məsuliyyət daşımır" "tezisini" ortaya atması bir çox pərdəarxası mətləblərə işıq salır. Elə Əli Həsənovun özünün ilk baxışdan adi görünən açıqlaması da. Amma bu barədə bir qədər sonra.
Son avtoqətliam sadə azərbaycanlılar üçün bəzi məqamları üzə çıxardı. Məsələn, sıradan azərbaycanlı üçün məlum oldu ki, Əli Həsənovun aşıb-daşan, harın, qudurğan, indi isə həm də qatil 21 yaşlı nəvəsi bir neçə həftə əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızı ilə evlənib. Onunla ötüşən digər "avtoş"un atası isə Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla bacanaqdır. Elçin Quliyev - Kəmaləddin Heydərov sıx əlaqələrini də bura əlavə etsək, deməli söhbət artıq kifayət qədər böyük bir klandan gedir. Burdan da belə nəticə ortaya çıxır ki, bu iki "avtoş" təsadüfən rastlaşıb ötüşməyə başlamayıblar, onlar eyni çevrədə, eyni klanda olanların törəmələridir. Bütün bu ierarxiyanın başında duran Ramiz Mehdiyevi və onun etibarlı silahdaşı Ramil Usubovu da bura əlavə edəndə çevrə bir qədər də genəlir. O zaman ölkəni hörümçək toru kimi bürümüş bu çevrənin başında duran Ramiz Mehdiyevin yaxın qohumu olan Əli Həsənovun özünün "hüquqi məsuliyyət fərdi məsələdir" açıqlaması da "çevrənin" və ya klanın mesajı kimi qəbul olunmalıdır. Xeyr, bu heç də cəmiyyətə verilən mesaj deyil. Mesajın ünvanı birbaşa əliyevlər ailəsidir. Qaldı "Qaçqınkom" sədrinin açıqlaması ilə unison səslənən deputat Astan Şahverdiyevin sərsəmləməsinə və nəhayət, Mehdiyev klanına işləyən psevdomüxalifət nümayəndələrinin "baba nəvəyə görə məsuliyyət daşımır" iddialarına, onlar da bir növ həmin mesajın gücləndirilməsinə yönəlmiş addmlar kimi qəbul edilməlidir. Klan demək istəyir ki, Əli Həsənovdan əlinizi çəkin, ona toxunmağınız sizə baha başa gələ bilər. Deməli, indi İlham Əliyev də ciddi-ciddi düşünməli olacaq: ya o, heç nəyə məhəl qoymadan Əli Həsənovu işdən kənarlaşdıracaq, ya da klanla mübadiləyə (daha doğrusu, alverə) gedib Əli Həsənovun öz ərizəsi ilə işdən getməsinə razılaşacaq. Özü də indi yox, bir neçə aydan sonra. Çünki birinci halda yuxarıda qeyd etdiyim mesajları verən klan əks-hərəkətə keçə bilər ki, bu da indiki həssas dönəmdə ailə hakimiyyətinə əlavə problemlər yaradar. Bütün sadaladıqlarıma Mehdiyev klanının həm də "kolon" olmasını (Rusiyanın 5-ci kolonu) da əlavə edəndə vəziyyət bir qədər də qəlizləşir. Ən azı cəsarətsiz, iradəsiz və qətiyyətsiz İlham Əliyev təxminən belə hesablama aparacaq. Artıq dəfələrlə açıq-aydın görünüb ki, İlham Əliyevin kök atmış klanlara və onların yüksək vəzifəli təmsilçilərinə gücü çatmır və bu da təbiidir. Çünki Əliyevlərin hakimiyyəti və ailə rifahı məhz həmin klanın vasitəsilə əldə olunub və qorunmaqdadır. Amma bu klanlar- və ailələrarası savaşda artıq tam unudulmuş bir tərəf də var ki, onun hərəkətə keçmək zamanı sürətlə yaxınlaşmaqdadır. Həm də o dərəcə sürətlə ki, artıq İlham Əliyevin Əli Həsənov və ya başqa birisi, hətta Ramiz Mehdiyev barəsində belə verəcəyi qərarın ona heç bir təsiri olmayacaq. Bu, ataları və babaları tərəfindən amansızcasına talandıqdan sonra onların özləri kimi əxlaqdan, mənəviyyatdan və intellektdən uzaq törəmələri tərəfindən təkərlər altına atılan xalqdır. İndi onun zamanı başlayır. Çünki yuxarıda qeyd etdiyim həmin ictimai qanunauyğunluğun əsas və son (həlledici) iştirakçısı talanmış, əzilmiş, sındırılmış xalq olur. Bu da həmin qanunauyğunluğun ayrılmaz tərkib hissəsidir. Ən qəddar, ən amansız tiranlar da əzdiyi xalqın ayaqları altında can verir. 

Demədi deməyin...     

Friday, August 4, 2017

Harın törəmələr və qaçqınların yanan pulları

Dünən baş verən və cəmiyyəti silkələyən avtomobil qəzasında yanan bir neçə yüz minlik "Mercedes Gelendewagen" deyildi, yurd-yuvasından didərgin düşmüş insanlarımızın pulları idi. Yoxsa kimsə düşünür ki, "Qaçqınkom" sədrinin nəvəsi müstəsna biznes istedadı ilə qazanıb bu pulları? Yoxsa elə bilirsiniz bu hakimiyyətdə oturanların kəmağıllı törəmələri ucdantutma nadir istedad sahibləridir? Xeyr, bunların hamısı bizim, sizin, millətimizin, dövlətimizin talanmış sərvətləri hesabına yaranmış "vunderkindlərdir". Biri bütün tələbatlarını ödəyib şairliyə keçib, sərsəm "şerlərilə" milləti dolayır, digəri uğurlu "biznes" qurub üstəlik də öz nadir istedadını rəssamlıqda tapıb, üçüncüsü bəstəkarlıq edir, qalanları da sən demə anadangəlmə Formula pilotu imiş. Yeri gəlmişkən, kimsə hesablayıb bu azğınların nə qədər insanı (təbii ki, kasıb, kimsəsiz insanları) yollarda vurub öldürdüyünü? Xeyr. Əgər DİN rəsmiləri Əli Həsənovun azğın nəvəsinin adını belə çəkmirsə, hansı statistikadan söhbət gedə bilər? Anlaşılandır ki, DİN bu məsələdə xüsusilə maraqlı tərəfdir. Necə? Çox sadə: Ramiz Mehdiyevin əbədi silahdaşı olan Ramil Usubovun obyektində kimin ağzı nədir ki, bu adı çəksin. Yəqin bilirsiniz niyə. Bilməyənlər bilsin ki, Baş nazirin müavini Əli Həsənov Ramiz Mehdiyevin dosdoğmaca qohumudur. Belə ki, onlar iki xalaqızı ilə evləniblər. Əslində, bundan sonrasını yazmaq mənim qaydalarıma ziddir, amma məsələnin məhz qaçqınlarla, Qarabağın işğalı ilə birbaşa bağlı olduğunu nəzərə alaraq yazmalıyam. Belə ki, həmin xalaqızıların ikisi də erməni millətindəndir. İndi görün biz nə qədər avam bir cəmiyyətik ki, erməni işğalından əzab çəkən millətimizin yüz minlərlə nümayəndəsinə dövlətdən (heç kimin dədəsinin cibindən yox!) ayrılan pulları erməni törəmələrinin yediyi azmış kimi, hələ üstəlik də qudurub at oynadır, milləti ayaqları altında məhv edirlər.
Odur ki, yanan pullar öz ölkələrində haqsız-hüquqsuz insana çevrilən və həmin o ayaqlar altında qalan qaçqına məxsus pullar idi. Çünki onlar qaçqına çatmalı idi, Əli Həsənovun azğın nəvəsinə yox.
Məndən bu qədər, çünki daha deyəcək sözüm yoxdur.

Tuesday, July 11, 2017

Düzənsiz dünya yeni düzən ərəfəsində


2016-cı ildə keçirilən ABŞ prezidentinin seçkiləri nəticəsində İkinci Dünya Müharibəsindən sonra mövcud olan və qlobal stabilliyin təminatçısı kimi mühüm əhəmiyyət kəsb edən geosiyasi konstruksiya sürətlə dağılmaqdadır. Belə ki, əvvəllər də geniş müttəfiq düşərgəsinə malik olan, SSRİ dağıldıqdan sonar isə bu düşərgəni bir qədər də genişləndirən və həm də öz hərbi-siyasi müttəfiqlərinin təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edən Amerika Birləşmiş Ştatlarının mövcud administrasiyası indi səylərini daha çox ölkənin daxili məsələlərinin həllinə yönəltməkdədir. Hələ Barak Obama administrasiyası dövründə başlayan və bu yeni siyasi tendensiyanın Donald Tramp tərəfindən daha qabarıq və sistemsiz şəkildə davam etdirilməsi müşahidə olunmaqdadır. Dünənki tərəfdaşları üçün etibarlı təminatçı rolunda çıxış edən ABŞ bu gün az qala onların rəqibinə çevrilir. Ən azı hələlik iqtisadi cəhətdən bu, məhz belədir. Tramp administrasiyasının yürütdüyü və heç bir strateji vektoru olmayan sistemsiz xarici siyasət son 70 ildə ABŞ-ın ən yaxın iqtisadi və hərbi müttəfiqi olmuş Avropa ölkələrində çaşqınlıq yaratmaqla yanaşı, həm də Avropa Birliyinin Fransa və Almaniya kimi aparıcı ölkələrinin siyasi rəhbərliyini Avropanın öz xarici siyasət konsepsiyasının yaradılması üzərində düşünməyə vadar edir. ABŞ-ın Avropadakı ən yaxın müttəfiqlərindən sayılan Almaniyanın kansleri Angela Merkelin NATO sammitindən həmən sonar səsləndirdiyi "Biz artıq heç kəsə güvənə bilmərik və Avropa öz müqəddəratını özü həll etməlidir" bəyanatı və bir qədər sonra "Fransa və Almaniya Avropanın mühərriki rolunu öz üzərinə götürməlidir" mesajını təkcə seçkiqabağı populist çıxış kimi dəyərləndirmək yanlış olardı. Şübhəsizdir ki, məhz bu tip bəyanatların ardınca keçirilən rəy sorğuları xanım Merkelin və onun rəhbərlik etdiyi Xristian Demokratik İttifaqının reytinqinin sürətlə yüksələrək bu partiyanın payızdakı federal seçkilərdə inamlı qələbə çalacağını üzə çıxardı. Amma məsələyə bir qədər fərqli rakursdan baxdıqda bunu həm də alman cəmiyyətində mövcud olan siyasi ab-havanın göstəricisi kimi anlamaq olar. Görünür, Tramp administrasiyasının Avropaya yönəlik siyasəti fonunda ictimai rəyin ABŞ-Almaniya münasibətlərində yer alan yeni tendensiyaları necə dəyərləndirməsi məsələsində təcrübəli lider xanım çox da yanılmamışdı. Başqa sözlərlə, bəyanatların verəcəyi effekt seçkiqabağı təbliğat baxımından da dəqiq hesablanmışdı.

Digər tərəfdən, prezident seçkisi ərəfəsində Rusiya ilə münasibətləri yaxşılaşdırmağı vəd edən Donald Tramp Ağ Evə sahib olduqdan sonra bu vədin reallaşdırılmasının düşünüldüyü qədər də asan olmayacağını qəbul etməkdədir. Yeni prezidentin bu istiqamətlə atmaq istədiyi bütün addımlar təkcə rəqib Demokratlar partiyasının deyil, onun sədri olduğu və Konqresin hər iki palatasında söz sahibi olan Respublikaçılar partiyasının əsas liderləri tərəfindən də sərt və ardıcıl müqavimətlə üzləşdi. Bu fonda Tramp administrasiyası öz xarici siyasətində hələlik 2 vektor üzrə hərəkət etməyə  məcburdur - Yaxın Şərq və Sakit okean hövzəsi. Başqa sözlə, Suriya və Şimali Koreya. Lakin bu istiqamətlərdə də Vaşinqtonun xarici siyasəti sistemli və ardıcıl görünmür. Xüsusilə də Yaxın Şərq siyasəti. Amma Suriyada gah Əsəd ordusuna, gah da onun opponentlərinə qarşı sərt addımlar atan Vaşınqtonun bu ölkəyə dair siyasətinin konturları belə aydın görünmür. Digər tərəfdən də ABŞ-ın bölgədə əsas müttəfiqləri kimi İsraili, Səudiyyə Ərəbistanını və Misiri görməsinin öz-özlüyündə xeyli ziddiyyətlər doğurması azmış kimi, Suriyada kürd silahlı qruplarının silahlandırılması hımin ziddiyyətləri bir qədər də dərinləşdirir. Bu gün öz təsirini Yaxın Şərqə yaymağa çalışan Rusiya isə öz növbəsində bölgənin ən önəmli ölkəsinin Türkiyə olduğunu yaxşı anlayaraq Ankara ilə münasibətlərə xüsusi həssaslıqla yanaşır. Vaşinqton NATO üzrə müttəfiqinin milli təhlükəsizliyinə təhdid yaradan kürd silahlılarına dəstək verməklə sanki Türkiyə-Rusiya ittifaqının yaranmasına təkan verir. Təsadüfi deyil ki, Qətər böhranı zamanı ABŞ birmənalı olaraq Səudiyyə Ərəbistanını və onun müttəfiqlərini dəstəkləsə də, Türkiyə açıq şəkildə Qətəri müdafiə mövqeyini tutdu və bu, özünü təkcə Dohaya siyasi və iqtisadi deyil, həm də hərbi dəstək şəklində ifadə etdi. Mövcud şəraitdə bölgədə həmçinin Rusiya-Türkiyə-İran əməkdaşlığının güclənməsi ehtimalı artır ku, bu da Yaxın Şərqdə əvvəlkilərdən tamamilə fərqli geosiyasi mənzərənin yaranması demək olardı. Digər tərəfdən də Pakistanın və həmçinin Küveyt, Oman kimi körfəz ölkələrinin də Qətər böhranında ehtiyatlı mövqe nümayiş etdirməsi, “Müsəlman NATO-su” kimi təqdim edilən hərbi alyansdan məsafələşməsi Vaşinqtonun onsuz da solğun görünən Yaxın Şərq müttəfiqlik formatında daha ciddi boşluqlar yarada bilər. Lakin problem bununla da bitmir. Belə ki, ABŞ-ın Yaxın Şərq müttəfiqlərinin ən azı ikisi - İsrail və Səudiyyə Ərəbistanı supergüclə müttəfiqliyi həm də İranı cilovlamaq imkanı kimi nəzərdən keçirərək, bu istiqamətdə böyük ğözləntilər qurur. Prezident D. Trampın və Pentaqon şefi C. Mətisin zaman-zaman Iran əleyhinə səsləndirdikləri sərt bəyanatlar də həmin gözləntilər üçün əlavə ümidlər verir. Amma ABŞ-ın hətta bölgədəki müttəfiqləri ilə birlikdə Tehrana qarşı bu və ya digər hərbi güc xarakterli addımlar atacağı inandırıcı görünmür. Bunun üçün Vaşinqtona  Avropadakı NATO üzvü ölkələrlə anlaşa bilmək lazımdır ki, bu da vacib olduğu qədər də inandırıcı görünmür. Avropa ölkələrinə Yaxın Şərqdə yeni destabilizasiya amilinin yaranması və bunun ardınca baş verə biləcək hərbi-siyasi, iqtisadi və humanitar böhranlar lazım deyil. Xüsusilə də söhbət 80 milyona yaxın əhalinin yaşadığı ölkədən gedirsə. Üstəlik, Avropada İranın Iraq, Suriya və ya Əfqanıstan olmadığını da nəzərə alırlar. Digər tərəfdən isə yuxarıda qeyd etdiyim kimi, Almaniya və Fransa kimi ölkələr Tramp Amerikasını sabit və güvənli müttəfiq kimi qəbul etmir.

Nəhayət, mövcud ABŞ administrasiyasının aydın strateji hədəflərə söykənən xarici siyasət doktrinasının olmaması Avropadakı ənənəvi tərəfdaşlarını onunla münasibətlərdə bir qədər də ehtiyatlı olmağa sövq edir. Vaşinqtonun bəzi Şərqi Avropa ölkələrindən Qərbi Avropa ölkələrinə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri və Rusiyaya loyallığı isə onun Avropa siyasətindəki xaotikliyi və etimadsızlığı bir qədər də dərinləşdirir.

Nəticədə isə bütövlükdə Avropa Birliyi və ayrı-ayrılıqda onun aparıcı dövlətləri bu qurumun fərqli və tamamilə yeni xarici siyasət strategiyasının yaradılması zərurəti ilə üzləşməli olurlar. Bu isə yalnız Rusiyanın maraqları üçün münbit zəmin yaradır. Son 10 il ərzində ABŞ-Avropa münasibətlərində “çatlar” axtaran Moskva bu gün ona geniş manevr imkanları yarada biləcək vakuumla “mükafatlandırılmış” olur, amma bir o fərqlə ki, həmin vakuumu bu dəfə Qərb ölkələrinin özləri yaradır. Daha doğrusu, əsasən mövcud ABŞ administrasiyası. Lakin belə bir boşluğun yaranması da hələ Moskva üçün qarşısına qoyduğu hədəflərə çatmaq demək deyil. İkinci Dünya Müharibəsindən sonra məlum səbəblərdən qlobal siyasətdən uzaqlaş(dırıl)mış Berlin də bunu qlobal siyasətə qayıtmaq üçün son 70 ildə yaranmış ən real imkan kimi nəzərdən keçirə bilər. Almaniya iqtisadiyyatının miqyasını və mövcud geosiyasi reallığı (xüsusilə də Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi barədə referendumun qərarı) nəzərə aldıqda isə Almaniya-Fransa cütlüyü üçün bu, heç də əlçatmaz hədəf kimi görünməməlidir. Deməli, yaxın zamanlarda Vaşinqton-Brüssel (daha dəqiq desək, Paris və Berlin), Vaşinqton-Ankara, Vaşinqton- Tehran münasibətlərinə aydınlıq gətirilməyəcəyi halda dünyanın böyük dəyişikliklər ərəfəsində olması iddiası heç də təxəyyül məhsulu kimi görünməməlidir. 21-ci əsr qlobal siyasətində hələlik “müşahidəçi” kimi görünməyə üstünlük verən və sürətlə həm iqtisadi intervensiyasını, həm də hərbi potensialını artırmağa davam edən daha bir supergücün – Çinin də gözləmə mövqeyində olduğunu nəzərə aldıqda nizamsız-düzənsiz dünyanın növbəti inkişaf mərhələsinə keçid prosesində olduğu aydın görünür.  Qlobal miqyasda böyük dəyişikliklər isə əksər hallarda həm də böyük münaqişələr, böyük kataklizmlər və təəssüf ki, böyük insan itkiləri deməkdir. Ən azı son yüzilliyin tarixi belə deyir.

Tuesday, June 6, 2017

Niyə Qərb yox, Rusiya?

Azadlıq radiosuna son müsahibəmdə Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri barədə söylədiyim fikirlər çoxsaylı suallar, iradlar və tənqidlər doğurdu. Bunun belə olacağını da bilirdim və müsahibəni götürərkən hörmətli jurnalistimiz Şahnaz Bəylərqızının bu barədə xəbərdarlığına da elə müsahibənin sonunda cavab vermişəm. Hər şey bir yana, məni hətta Rusiyapərəstlikdə ittiham edənlər də tapıldı. Təbii ki, söhbət ciddi insanlardan gedir, layk sayı xatirinə sosial şəbəkələrdə yaşayanlardan yox.  Beləliklə.
Əvvəla, demokratiya, qanunun aliliyi, insan hüquq və azadlıqlarınin qorunması kimi dəyərlər ümumbəşəri dəyərlərdir və azadlığa, müstəqilliyə can atan hər bir fərd və toplum üçün ən əhəmiyyətli hədəflərdir. Elə Azərbaycan və azərbaycanlılar üçün də bu belə idi və ölkədəki kütləvi məyusluğa baxmayaraq, bu gün də belədir. 25 illik müstəqillik tariximizdə bu yolda nə qədər səylərimizin və qurbanlarımızın olduğunu sadalamağa da məncə ehtiyac yoxdur, amma 25-illik, başqa sözlərlə bir qərinəlik dövr özü müəyyən qənaətlər üçün yetərincə əhatəli müddətdir. Bu illər ərzində Baltikyanı ölkələrin və ya elə Ukraynanın demokratiya baxımından nələri və necə əldə etdiyi və ya itirdiyi barədə danışmaq istəmirəm, çünki bu mənada bizə həm tarixi, həm coğrafi, həm də xeyli digər parametrlər üzrə daha yaxın olan örnək var - Gürcüstan. Məhz bu ölkə ilə bizi azı son 200-illik, yəni, Rusiyanın Qazqaza gəlişindən bu günədək olan dövrü əhatə edən oxşar tarixi inkişaf bağlayır. Amma fərqli məqamlar da var. Məsələn, keçən əsrin 80-cı illərinin sonlarından başlayan milli-azadlıq hərəkatı Azərbaycanda ifrat demokrat Elçibəyi, Gürcüstanda isə ifrat millətçi və ekstremist Zviad Qamsaxurdiyanı hakmiyyətə gətirmişdi. Və yaxud, hər 2 ölkədə Rusiya çevriliş edib milli hakimiyyətləri dəyişdikdə Rusiya Gürcüstanda hakimiyyətə Eduard Şevardnadzeni, Türkiyə və Qərb isə Azərbaycanda Heydər Əliyevi gətirmişdi. Və yaxud... 2003-cü ildə Rusiya və Ərdoğan Türkiyəsilə birləşib Azərbaycanda korrupsioner İlham Əliyevi saxtakarlıqla hakimiyyətə gətirən Qərb bunun ardınca Gürcüstanda "Qızılgül inqilabını" uğurla həyata keçirib islahatçı Mixeil Saakaşvilini hakimiyyətə gətirmişdi. Sonuncu faktın özü bir çox mətləblərə aydınlıq gətirsə də, amma Qərbin Azərbaycanda demokratiya istəməsi barədə nağıllara inananlar hələ də var. Daha çox faktlar sadalamaq olar, amma məncə buna ehtiyac yoxdur, çünki elə son 1 ayda baş verənlərə diqqət yetirmək kifayət edəcək. Son bir ayda baş verənlər isə bunlardır: Azərbaycanda bir vətəndaş fəalı həbsxanada öldürülür, 48 ordu zabiti Ermənistan kəşfiyyatına işləmək saxta ittihamı ilə həbs olunur (onlardan 4-ü həbsdə "ölür"), bir jurnalist Gürcüstandan oğurlanaraq Bakıya gətirilir, digəri elə Bakıda həbs olunur, üçüncüsü isə Gəncədə həbs olunaraq vəhşicəsinə işgəncələrə məruz qoyulur. İndi gəlin, bunlara olan reaksiyalara baxaq: ABŞ-ın və Böyük Britaniyanın Gürcüstandakı səfirləri Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana gətirilməsilə bağlı Gürcüstan hökumətindən izahat istəyir. Britaniyanın Azərbaycandakı səfiri isə digər avropalı həmkarları kimi susur, çünki ingilis atalarsözündə deyildiyi kimi, susmaq - neftdir, qazdır. Düzdür, ABŞ-ın Azərbaycandakı səfiri danışır, amma... Azərbaycanla ABŞ arasındakı strateji partnyorluq, enerji əməkdaşlığı barədə. Maraqlıdır, elə deyilmi? Bəs Qərb ölkələrinin bəyan etdikləri demokratik dəyərlər Azərbaycanda niyə yada düşmür? Sanki Əfqan Muxtarlını Gürcüstandan oğurlayıb Marsa aparıblar. Ümumiyyətlə, son illər kimsə Qərb diplomatlarından (hüquq müdafiəçilərilə qarışdırmayaq) insan hüquqları ilə bağlı vəziyyətin Azərbaycanda günü-gündən pisləşməsinə nəsə bir münasibət görüb və ya eşidibmi? Azərbaycandakından qat-qat yumşaq olan Belarus rejiminin başçısı Lukaşenkonu "Avropanın sonuncu diktatoru" elan edib, ona sanksiyalar tətbiq edən Qərbin...

Bəli, mən də daim Azərbaycanın Avropaya inteqrasiyasının, ölkədə demokratik və hüquqi idarəçiliyin qurulmasının, Avropada və ABŞ-da mövcud olan cəmiyyət modelinin təşəkkül tapmasının tərəfdarı olmuşam, tərəfdarıyam və bu mövqedə də qalacağam, amma bu, bizə lazım olan, bizim arzuladığımız modeldir. Qərb necə, Azərbaycanı demokratik, azad, hüquqi cəmiyyət kimi görmək istəyirmi? Xeyr, istəmir, çünki onun Azərbaycandan istədiyi və əldə etdiyi tamamilə fərqli "dəyərlərdir". Onları isə təmin edən bugünkü Azərbaycan hakimiyyətidir. Məhz buna görə də qərblilərin azərbaycanlılar haqqında tez-tez işlətdiyi "tolerant xalq" ifadəsi özündə bizə münasibətdə heç bir müsbət yük daşımır və tərcümədə də Heydər Əliyevin "Azərbaycan xalqı dözümlü xalqdır" tezisindən başqa bir şey deyil. Yəni, itaətkar xalq. Odur ki, deyəsən, bizim ən böyük yanlışımız da elə itaətkar olmağımızdır. 
Rusiya haqqında söylədiyim fikrə gəlincə, əvvəla, qeyd edim ki, bizim Rusiyadan onsuz da xüsusi bir umacağımız heç zaman olmayıb və bu gün də yoxdur. Biz Rusiyanın özümüzə münasibətini 200 ildir görürük, onun acısını çəkirik və bu münasibət dəyişən deyil. Amma müsahibədəki fikrimi bir daha təkrarlamaq istəyirəm: əgər Azərbaycandakı bugünkü siyasi şəraiti Rusiya dəyişəcəksə, bu, onun 200 ildə Azərbaycan xalqına ən böyük və ən əvəzsiz töhfəsi olardı, çünki Qərb bunu nəinki heç zaman etməyəcək, hətta hakimiyyətin ailə üzvlərinin birindən digərinə keçməsini var gücü ilə təmin edəcək və sonra da onu qoruyacaq. 2003-cü ildə olduğu və bu gün də davam etdiyi kimi... Necə ki, bu gün "şirə qoxusunun" haradan gəldiyini duyan qərbli diplomatlar paşayevlər klanının hakimiyyətdəki ən cılız, bəzən isə adi ailə tərbiyəsindən belə uzaq olan təmsilçilərinin çağırışlarına qaçaraq gedirlər. Bu isə artıq görə-görə gəldiyimiz sadə bir həqiqətdir. Əlbəttə ki, görə bilənlər və görmək istəyənlər üçün. 
Odur ki, Qərbin Azərbaycanda demokratiya, insan haqları, fundamental azadlıqlar kimi dəyərlərin təşəkkül tapmasını istəməsi barədə illüziyalardan xilas olub soyuqqanlı mövqe ortaya qoymalıyıq. Çünki bugünkü real siyasət belə tələb edir. Xüsusilə də dünya siyasətinin indiki vəziyyətində, İkinci Dünya Müharibəsindən sonra yaranmış və 70 il qlobal sabitliyi, qlobal təhlükəsizliyi təmin etmiş geosiyasi konstruksiyanın sürətlə çökdüyü, mövcud ABŞ administrasiyasının Almaniya, Fransa, Kanada, Türkiyə kimi ənənəvi strateji tərəfdaşları ilə münasibətləri dağıdıb, Səudiyyə Ərəbistanı tipli dövlətlərlə əlaqələri özünün xarici siyasət prioritetinə çevirdiyi bir vaxtda. Bu kontekstdə Azərbaycan hakimiyyətinin son zamanlar Səudiyyə Ərəbistanı kimi yumşaq desək, bir dövlətlə tərəfdaşlığa bu qədər can atması, Ər-Riyadın ölkə mətbuatında Azərbaycanın strateji müttəfiqi olması barədə beyinlərə yeridilən təbliğat anlaşılan deyilmi? Qərb üçün neft və qaz mənbəyi olduğumuz azmış kimi, indi də Səudiyyə Ərəbistanı və onun tipli dövlətlər üçün 30 milyon azərbaycanlının yaşadığı İrana qarşı hərb meydançasına çevrilməliyik ki, sonra da hansı bataqlığa girdiyimizi anlayaq? Nəhayət, bizə daha nələr eləməlidilər ki, sadə həqiqətləri görə, reallığı anlaya bilək, "bu nə takkatukdur?" deyib baş sındırmayaq? Əlbəttə, ABŞ-da keçirilən son seçkilərdən sonra rəsmi Bakının bir növ himayəsiz qalması anlaşılandır. Elə bu səbəbdən Amerikanın özündə fasiləsiz olaraq tənqidlərə, istehzalara, sərt ittihamlara məruz qalan Donald Trampın şəninə söylənilən fikirlər də başa düşüləndir. Əliyev hakimiyyətinin xarici himayədarlara sonsuz ehtiyacı var, çünki o, xaricdən təyin olunub və daim xarici maraqların diqtəsi altında işləyib. Təbii ki, üzdə özünü daim müstəqil göstərməklə və elə həmin himayədarlarına arxalanaraq bir sıra hallarda həm də diş qıcamaqla. Amma istənilən halda Səudiyyə Ərəbistanı hətta bu məsələdə də alternativ deyil və ola da bilməz. Ən azı ona görə ki, Tacikistan prezidentilə də əl tutub görüşən Donal Trampın İlham Əliyevə də quruca bir əl uzatmasına nail ola bilmədi. Adi bir salam-əleykümü də strateji tərəfdaşa çox gördülər və imkan vermədilər ki, indi bu barədə qalaq-qalaq məqalələr yazılaydı, müdrik siyasətin Azərbaycan xalqının rifahına, ölkənin analoqu olmayan inkişafına verəcəyi bəhrələr barədə ağıllı-ağıllı şərhlər veriləydi, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı barədə reportajlarla ölkə oxucusunun beyni aparılaydı. Keçmiş olsun, deyək. Atalar demiş, ağası Gülüm olanın... Bu, Əliyev iqtidarıdır və onun istənilən seçimi, addımı, davranışı təəccüb doğurmamalıdır, çünki onun davranışı siyasət deyil... 
Amma çox təəssüf ki, Azərbaycanda hələ də Qərb təmsilçiləri qarşısında dördqat əyilib, bununla da onların lütfkarlığına nail olacağını, hakimiyyətə gətiriləcəyini sadəlövhcəsinə düşünən başqaları da var. Xeyr, bu olmayacaq, çünki əvvəla bu Qərb artıq o Qərb deyil və ikincisi, Qərb düşüncəsi mütiliyi tərəfdaşlıq kimi yox, elə mütilik kimi qəbul edir. Ona görə də Qərblə istənilən əməkdaşlıq yalnız  bütün həqiqətləri olduğu kimi ortaya qoymaq və bərabərtərəflilik üzərində qurula bilər. İtaətkarlıq göstərmədən, öz şəxsiyyətinə və milli heysiyyatına hörmət eləməklə. Nəhayət, dünənki, həm də bugünkü Qərb Azərbaycandakı tərəfdaşını çoxdan seçib. 
Mən belə görürəm. Başqalarının da başqa cür görmək haqqı var. Amma görmək üçün də heç olmazsa baxmaq lazımdır.   

Yeri gəlmişkən:   Bu günlərdə Vaşingtonda amerikalı tarixçi alim, Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə mütəxəssis sayılan xanım Odri Altştatın (Audrey Altstadt) Azərbaycanla bağlı yeni kitabının təqdimatı keçirilmişdi. Təqdimatdan sonra ukraynalıların təsis etdiyi və Youtube portalında 70-ə yaxın baxış sayı olan internet tv kanalına müsahibəsində xanım-professor aparıcının Azərbaycanda insan haqları və demokratiya sahəsində ciddi problemlər olması barədə sualına cavabında deyir: "Mən bu ölkənin müstəqilliyinin ilk illərindən başlayaraq Azərbaycan arxivlərində xeyli çalışmışam və anladığım bu olub ki, Azərbaycan milli düşüncəsində hələ sovetlər dönəmindən əvvəl də güclü lider, "güclü əl" amilləri mühüm rol oynayıb. Bu baxımdan da 2015-ci ildən bu yana ölkədə rəy sorğuları keçirilməməsinə rəğmən düşünürəm ki, əhalinin əhəmiyyətli hissəsi İlham Əliyevi tam dəstəkləyir."
Bu da sizə azərbaycanlıların tolerant, daha doğrusu itaətkar xalq olması barədə qərb siyasətinin baş tezisinin "elmi əsaslandırılması". 

Maraqlıdır ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri (yəni, bizi də siyasi baxımdan Gürcüstanla və Ermənistanla birlikdə Qafqazda deyil, məhz Mərkəzi Asiyada görürlər) üzrə mütəxəssis olan xanım Altştat həm də ABŞ hökumətinin bu ölkələr üzrə məsləhətçisidir. 
Güclü əl demişkən, Sovet imperiyasının Stalin, Beriya və Orcenikidze kimi "güclü əlləri" bəşəriyyətə Azərbaycan xalqı deyil, Qərbin israrla demokratik inkişafa yönəltdiyi və dəstəklədiyi Gürcüstan bəxş edib.  

Azadliq radiosuna son müsahibəm

‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

İyun 02, 2017

Birinci vitse-prezident Mehriban Əliyeva atası Arif Paşayevlə. Jurnalist araşdırmalarında Paşayevlərin bir çox gəlirli biznes sahələrinə nəzarət etdikləri göstərilir.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, ABŞ-da yaşayan Ərəstun Oruclu AzadlıqRadiosu-na müsahibəsində Azərbaycanda baş verənlərdən danışıb.
– Ərəstun bəy, bu aralar hadisələr ard-arda baş verdi, əvvəla, Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv edildi, Azərbaycan ordusunda Ermənistana casusluqda ittiham edilən qüvvələr tapıldı, Gürcüstanda həbslər aparıldı, iyunun 1-də prezident administrasiyasına yeni təyinatlar oldu, kimlərsə qıraqda qaldı. Nə baş verir? Son baş verənlərin bir-biriylə və ən əsası, Rusiya ilə bağlılığı varmı? Statuslarınızdan birində yazmışdınız ki, Rusiya Azərbaycanda hakimiyyəti dəyişir.
Ərəstun Oruclu
Ərəstun Oruclu
– Hələlik, görünən budur ki, xaricdən ciddi təzyiq var. İlham Əliyev də çıxışında xüsusi vurğuladı ki, ölkənin daxilində heç bir problem yoxdur, Azərbaycana təhdidlər yalnız xaricdəndir. Başqa bir məqama diqqət yetirək, son vaxtlar ABŞ prezidenti Donald Trump-ın Əliyevə adi, ənənəvi bir məktubunun hökumətə yaxın və hökumət mətbuatında bəh-bəhlə, ABŞ-la Azərbaycanın strateji müttəfiqliyi kimi təqdim olunmasından belə qənaətə gəlmək olar ki, təhdid Rusiyadan gözlənilir. Məhz həmin diaspora təşkilatının Rusiya Ədliyyə Nazirliyi tərəfindən ləğvi, hakimiyyətə yaxın mətbuatın Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ilə məişət səviyyəsində atışması, antirusiya məqalələrinin tonunun və həcminin artması təsadüfi deyil, əlbəttə. Təzyiqlər var. Bu təzyiqlərin fonunda hakimiyyətin daxildən möhkəmləndirilməsi istiqamətində addımlar atılır. İlham Əliyev deyəndə ki, daxildə heç bir təhdid yoxdur, yumşaq desək, qeyri-səmimiliyə yol vermişdi. Onun komandasının bəlkə də 90 faizi rusiyapərəst və Rusiya 5-ci kolonuna daxil olan şəxslərdir. Bu gün (iyunun 1-də) onların bir hissəsi kənarlaşdırıldı.
“Moskva yaxınlarda hərəkətə keçəcək və Azərbaycanda müəyyən dəyişikliklər edə bilər”
– Siz Prezident Administrasiyasına yeni təyinatları nəzərdə tutursunuz?
– Bəli. Bu gün onların bir hissəsi kənarlaşdırılır, hakimiyyətə, daha doğrusu, hakim ailəyə daha sadiq, etibarlı və kor-koranə qulluq edənlər irəli çəkilir. Bununla da ailə hakimiyyəti möhkəmləndirilir. Nəzərə alsaq ki, hakim ailə özünə təhdidi Rusiyadan görür, Rusiya isə balaca dövlət deyil və onun Azərbaycandakı imkanları 500 nəfər məmurla məhdudlaşmır, deməli, atılan addımlara kompleks şəkildə baxmalıyıq. Hakimiyyətin sərtləşməsini, həbslərin artmasını, onların daha da kriminallaşmasını görürük. Bunların hamısını bir yerə yığanda, paralel olaraq, iki prosesin getdiyini görürük və ikisi də eyni məqsədə xidmət edir. Həm hakimiyyətin daxildən möhkəmləndirilməsi, həm də cəmiyyətdə qorxunun, xofun artırılması.
– Rusiya indiki məqamda Azərbaycana niyə təzyiq edir?
– Bu, artıq geosiyasi müzakirənin predmetidir, ilk növbədə də Vaşinqtondakı hakimiyyət dəyişikliyi, ötənilki prezident seçkiləriylə bağlıdır. Rusiya bilir ki, okeanın o tayından təhdid var və bu təhdidin istiqamətləri aydın görünür. O da buna hazırlıq görür. Bu gün Trump-la ABŞ hakimiyyət iyerarxiyası arasında sərt dava gedir. Trump komandasının ətrafındakı həlqə daralmaqdadır, bir sıra məmurları Rusiyayla əlaqələrinə görə ifşa olunub, bunun davamı da gəlir. Nə qədər ki, Vaşinqtonda baş qarışıb Rusiya müəyyən profilaktik addımlar ataraq ətrafını möhkəmləndirilməlidir. Bu halda da Azərbaycan prioritet hesab olunur.
– Niyə Azərbaycan?
“Deməli, Gürcüstan hökuməti Azərbaycanla bilavasitə işbirliyindədir. Bu, yenilik deyil. Ruslan Bəşirli məsələsini yada salaq. O zaman - 2005-ci ildə hələ demokrat Saakashvili hakimiyyətdə idi”
– Məsələ burasındadır ki, Trump komandası küncə sıxışdırıldıqca İranla münaqişə daha ciddi şəkildə gündəmə gələ bilər. Vaşinqtonda xeyli suallar doğursa da, Trump ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdi və ABŞ-dan 110 milyard dollarlıq silah alınması ilə bağlı anlaşma əldə olundu. Bu silahlar İrana yönəlib. ABŞ hakimiyyəti ətrafındakı həlqə daraldıqca böhrandan çıxmaqdan ötrü İranla münaqişəni gündəmə gətirə bilər. İran da Rusiyanın cənub cinahıdır, onun Yaxın Şərqdə etibarlı, daimi müttəfiqidir. Yəni bu halda Rusiya İrana birbaşa çıxış əldə etmək, İranla silah alış-verişini, hərbi əməkdaşlığı nəzarətdə saxlamaq üçün Azərbaycana çox böyük ehtiyac duyur. Azərbaycanın İranla birbaşa sərhədi var. Bütün bunları nəzərə alanda Rusiya Azərbaycandan ciddi güzəştlər gözləyir, o cümlədən, Bakının öz xarici siyasət kursunu müəyyənləşdirib Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına daxil olmasını istəyir. Düşünürəm ki, Kremlin emissarı Dugin (Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin-i nəzərdə tutur) Bakıya bu məqsədlə gəlmişdi. Məhz bundan sonra Azərbaycan ordusunda kütləvi həbslər başladı, hərbçilər Ermənistana işləməkdə suçlandılar. Bildiyim qədər, 48 hərbçi həbs edilib, onlardan 4-ü həbsxanada qətlə yetirilib. Tutalım, bu adamlar casusdur. Niyə onların günahı məhkəmədə sübuta yetirilmir? Düzü, bu qədər zabitin erməni kəşfiyyatına işləməsinə inanmıram. Bu, elə vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə, müxalifətçilərə irəli sürülən saxta ittihamların digər bir formasıdır. Görünür, Kremldən Bakıya hansısa hədə gəlib, o da əks addım atmağa məcbur qalıb, yəni bəlkə də hesab edib ki, İlham Əliyev hakimiyyəti üçün ən ciddi təhdid ordu ola bilər. Bu gün ordu ilə bağlı atılan addımların xüsusi çəkisi var. Əvvəla bilirsiniz ki, prezidentin hərbi məsələlər üzrə köməkçisi işindən uzaqlaşdırıldı.
– Vahid Əliyev.
– Bəli. Ardınca bu işlərlə məşğul olan Məhərrəm Əliyev də işdən uzaqlaşdırıldı. Son təyinatlarla Ramiz Mehdiyevin mövqelərinin zəiflədilməsi prosesi gedir. Düşünürəm ki, yaxın zamanlarda ordu rəhbərliyində də dəyişiklik olacaq. Bundan sonra ailə hakimiyyəti güc strukturlarında da möhkəmlənəcək. Onu da istisna etmirəm ki, daxili işlər naziri dəyişdirilə bilər.
– “Ailə hakimiyyəti” deyəndə kimləri nəzərdə tutursunuz, – əliyevləri ya paşayevləri?
– Əliyevlər yoxdur artıq, paşayevlər var. Vaxtilə prezidentin dost-doğmaca əmisi Cəlal Əliyev bunu deyib. Artıq söhbət paşayevlər ailəsindən gedir.
– Ərəstun bəy, gözləmək olarmı, 2018-ci il prezident seçkiləri zamanı paşayevlərin hakimiyyətə gəlişi rəsmiləşəcək?
– Bu qədər qarışıq vəziyyətdə hələ gedib 2018-ci ilə çatmaq lazımdır. Prinsipcə, 2018-ci ildə kimin prezident olmasının əhəmiyyəti də yoxdur, bu, İlham Əliyev olacaq, ya Mehriban Əliyeva. Bu gün biz siyasətdə ifrat dərəcədə dözümsüzlük görürük. Məsələn, Gürcüstanda belə bir əməliyyatın keçirilməsi və jurnalist Əfqan Muxtarlının Azərbaycana gətirilməsi normal hakimiyyətə lazım olmayan addımdır. Yəni bununla göstərdilər ki, baxın, bizim əlimiz Gürcüstana da çatdı, orda da kimlərisə tutdururuq, qovdururuq, tutub gətiririk.
– Yeri gəlmişkən, Gürcüstanın bu məsələdə mövqeyini necə dəyərləndirirsiniz?
– Artıq Eynulla Fətullayevin məqaləsində adı çəkilən 3 nəfər bu və ya başqa formada Gürcüstanda neytrallaşdırılıb: Fərman Ceyranlı, Daşqın Ağalarlı, Əfqan Muxtarlı. Deməli, Gürcüstan hökuməti Azərbaycanla bilavasitə işbirliyindədir. Bu, yenilik deyil. Ruslan Bəşirli məsələsini yada salaq. O zaman - 2005-ci ildə hələ demokrat Saakashvili hakimiyyətdə idi. Gürcüstan hökuməti demokratik imic yaratsa da, bütün bu cinayətlərdə iştirak edib. Azərbaycan hakimiyyətinin məqsədi isə primitiv xofyaratma əməliyyatıdır. Amma bütün bu intriqalar, xofyaratma, resursların bir ailə əlində toplanması fonunda Azərbaycan cəmiyyətində ifrat yoxsullaşma gedir. Bu şəraitdə cəmiyyəti bir tək xofla qidalandırmaq mümkün olmayacaq. Cəmiyyətin kütləvi etirazı zamana bağlı məsələdir. İqtisadi iflas bu sürətlə davam edəcəksə, 2018-ci ilə qədər yaşaya bilmək lazımdır.
– Bu durumda Azərbaycan hakimiyyəti Rusiyayla mübarizədə dirəşəcək, yoxsa geri çəkiləcək?
“Əgər Azərbaycandakı siyasi vəziyyəti Rusiya dəyişəcəksə, buna da çox neqativ yanaşmaq lazım deyil. Bu, ictimai inkişaf baxımından müsbət tendensiya kimi dəyərləndirilməlidir”.
– Əslində, İlham Əliyev ölkənin Moskvanın nəzarətinə qaytarılmasına razılaşa bilər. Başqa tərəfdən görünən budur ki, Rusiya bunu istəmir. Rusiya bilir ki, Əliyev İsrailə, ABŞ-ın müəyyən çevrələrinə sıx bağlıdır, Türkiyə ilə birbaşa əlaqəlidir, Səudiyyə Ərəbistanıyla çox ehtiyatlı şəkildə əlaqələr yaratmağa çalışır. Rəsmi mətbuatda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı Azərbaycanın siyasi müttəfiqi kimi qələmə verilir. Bu da acınacaqlı durumdur, bu üç dövlətdən ikisi terroru rəsmən dəstəkləyir. Türkiyə isə elə bir yoldadır ki, bizə verəcəyi heç bir müsbət örnək yoxdur. Azərbaycan dövlət olaraq həqiqətən çox çətin dönəmdədir, bunda da İlham Əliyev və komandasının müstəsna xidmətləri var. İndi də hakimiyyəti itirməmək üçün hər şeyə əl atır. Buna görə də korrupsioner, əliəyri, zorakılığa meylli, terrorçu tör-töküntülərlə əməkdaşlıq edir. Bu da ölkəyə yaxşı heç nə vəd etmir.
– Yaxın aylarda proseslər hansı istiqamətdə davam edəcək?
"Bu gün reallıq budur ki, Azərbaycanda dövlət yoxdur, bütün dövlət institutları darmadağın olub".
– Trump administrasiyasına bel bağlamaq, onun Azərbaycan üçün Rusiyayla döyüşə girməsini gözləmək düz deyil. Rusiyanın təsir imkanlarını isə sadalamaqla bitməz. Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyi düz anlamışamsa, Moskva yaxınlarda hərəkətə keçəcək və burda müəyyən dəyişikliklər edə bilər. Hətta düşünürəm ki, bu, Azərbaycan üçün də pis olmaz. Bataqlıq çürüməyə doğru gedir, nəsə tərpəniş olmalıdır ki, cəmiyyətdə yeni tendensiyalar yaransın. Əlbəttə, heç zaman arzulamamışam ki, Azərbaycan Rusiyanın təsir dairəsində olsun, 200 ildə Rusiyanın Azərbaycanda nələr etdiyini yaxşı bilirik. Amma çox təəssüf ki, milli azadlıq hərəkatının ilk günlərindən özünün demokratik, hüquqi dövlət yaratmaq istəyini Qərblə bağlamaq istəyən Azərbaycan cəmiyyəti də Qərbin korrupsioner siyasəti sayəsində məyus oldu. 1991-ci ildə Azərbaycanın tarixi şansı yaranmışdı ki, normal dövlət qursun. Amma Azərbaycan xalqının bu səyləri bir qrup qərbli korrupsionerin, lobbiçinin, dələduzun maraqlarına qurban verildi. Əgər Azərbaycandakı siyasi vəziyyəti Rusiya dəyişəcəksə, buna da çox neqativ yanaşmaq lazım deyil. Bu, ictimai inkişaf baxımından müsbət tendensiya kimi dəyərləndirilməlidir.
– Bu fikrinizə görə, yəqin ki, tənqid olunacaqsınız.
– Məni tənqid edənlər desinlər görüm Azərbaycan 25 il Qərblə əməkdaşlıqda nə əldə etdi?
– Ərəstun bəy, biz işğalçı, Azərbaycanı təxminən 200 il əsarətdə saxlayan dövlətdən danışırıq. Onun burda nəzarəti bərpa etməsi ölkənin süqutu, müstəqilliyin sonudur. Bununla necə barışmaq olar?
– Bunu çox yaxşı anlayıram. Bunu məndən çox danışan, məndən çox antirus mövqeli ekspert olmayıb. Ancaq Qərb bizə nə verdi? Rusiyanın əyaləti olan Ermənistan Azərbaycandan daha demokratikdir. Təbii ki, mən də ürəyimin dərinliyində Azərbaycanın müstəqilliyini itirməsini, Rusiyanın təsir dairəsinə qayıtmasını istəmirəm. Amma etiraf edək ki, müstəqillik azərbaycanlıları çox məyus etdi, azərbaycanlıların fərqli gözləntiləri vardı. Bu gün reallıq budur ki, Azərbaycanda dövlət yoxdur, bütün dövlət institutları darmadağın olub. Kimsə düşünürsə ki, Rusiyanın Azərbaycana siyasi müdaxiləsindənsə, bugünkü status-kvonu qoruyub saxlamaq daha məqbuldur, buyursunlar, xoşbəxt olsunlar. Onlara uğur arzulayıram.

Sunday, March 12, 2017

Ayaq səsləri gələn Azərbaycan faciəsi

Hər şeydən əvvəl qeyd edim ki, məsələni hərtərəfli araşdırdıqdan sonra bu yazını yazmaq qərarına gəldim.
Bunu ən müxtəlif yollarla gizlətmək cəhdlərinə baxmayaraq, Beyləqanda 17 yaşlı məktəbli qızla bağlı baş verən dəhşətli hadisə müstəqil mənbələrlə yanaşı, artıq rəsmilər tərəfindən də təsdiqlənir. Belə ki, bu rayondan olan deputat Şahin İsmayılov Meydan TV-yə açıqlamasında zorlama faktını təsdiqləməklə yanaşı, onun bir sıra detallarına da diqqət çəkib.  https://www.meydan.tv/az/site/news/21757/
Deputat o cümlədən törədilmiş əməllə bağlı 2 nəfərin polis tərəfindən saxlandığını da qeyd edib. Baxmayaraq ki, hadisənin sinfində baş verdiyi müəlliməni məktəbə direktor təyin etmiş Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova isə bütün bu məlumatların yalan, şaiyə və böhtan olduğunu iddia edir. Bu başdan qeyd edim ki, əgər təhsil şöbəsinin müdiri yalan danışırsa o, təcili olaraq vəzifəsindən kənarlaşdırılmalıdır, çünki yalan danışan şəxsin böyük bir rayonun təhsil sisteminə rəhbərlik eləməsi nəinki mənəvi cəhətdən yolverilməzdir, hətta təhlükəlidir. Baxmayaraq ki, Azərbaycanda seçki saxtakarlıqlarına da elə təhsilə rəhbərlik edənlər vasitəçilik edirlər. Yəqin elə ona görə də məktəblərdə bu cür hadisələr baş verir.
Amma mənim yazmaq istədiyim məsələnin tamamilə başqa bir tərəfidir. Azərbaycanda sanki oturuşmuş bir ənənə var: cinsi zəmində baş verən cinayətlərdə mütləq təcavüzə məruz qalanı qınayanlar da tapılır. Özü də belələri bəzən onlarla, bəzən isə yüzlərlə və minlərlə olur. Sanki qadın olmağın özü bir qəbahətdir. Amma bu cür olaylarda sifarişlilərin canfəşanlığı xüsusilə "gözə girir". Yəqin ki, Lamiyə Quliyeva olayını çoxumuz yaxşı xatırlayırıq. Əminəm ki, hadisənin qızmar vaxtlarında zorakılıqların qurbanı olmuş bu qadının haqqında hansı böhtanların yazıldığını da. Səbəbindən asılı olmayaraq, boşanmış qadına damğalar vuranların yaşadığı cəmiyyətdə başqa cür də ola bilməz. Cinsi təcavüzə məruz qalan qadının başına gələnlərdə onun günahı axtarılan (tapmayanda isə uydurulan) mühitdə də. Sevdiyi insan olmaması səbəbindən ailə qurmayan qızda bəlli "qüsurların" olduğu iddia edilən yerdə də. Ən faciəvisi isə budur ki, bunu bəzən qadınların özü edir. Bilmirəm, "Günah öləndə olar" kimi məsəl olan toplumda bu, bəlkə də tamamilə adidir. Adi ola bilər, amma normal ola bilməz və normal deyil də. Bunu dəqiq bilirəm.
Bu gün dostlardan biri dedi ki, sosial şəbəkələrdə kimlərsə yazıb ki, Beyləqanda zorlanmış qızın nənəsi sən demə erməni imiş. Artıq insanlarımızın şüuru ilə də manipulyasiya edirlər. Özü də adi bir kriminal hadisəni ötr-basdır etmək üçün. Hnasısa xırda, cılız, illərdir millətin qanını içən, həyatını alt-üst edən məmurcuğazı qorumaq üçün. Elə deyək ki, yuxarıda qeyd elədiyim Təhsil Şöbəsinin müdirini. Yadınızdadırsa, ADNA terrorunu təşkil edən də erməni çıxmışdı. Özü də nə az, nə çox, Gürcüstanın kəndlərindən birində yaşayan taksi şoferi idi həmin erməni "casus". Azərbaycan hakimiyyətini bizim hüquqlarımızı pozduğuna görə tənqid edən beynəlxalq təşkilatların hesabatlarının da arxasından erməni çıxarırlar. Elə burda da "vətənpərvərlər" işə düşür. Erməni mövzusu ilə bizi talayanlar bizim düşüncələrimizi, şüurumuzu da istismar etməyə çalışırlar və bir çox hallarda da buna nail olurlar. Bütün bu "vətənpərvər" isteriyanın sifarişçiləri olan dövlət rəsmilərinin isə ən azı yüksək vəzifədə olan 7-nin ermənilərlə uzaq və yaxın qohumluğu var, amma "vətənpərvərlər" bunu görmürlər. Çünki görməli deyillər.
Bu gün sürətlə inkişaf edən dünyamızda hamımızı riqqətə gətirən elmi-texniki yeniliklər yalnız insan şüurunun, insan düşüncəsinin məhsuludur. Bəşəriyyət tarixinin ən ali nailiyyətləri də elə həmin şüur və düşüncədir. Ona görə də şüurumuzla, düşüncələrimizlə bu qədər kobud və bəsit manipulyasiya olunmasına imkan verməməliyik.
Məşhur ingilis yazıçısı, böyük patriot Samuel Conson təxminən 300 il bundan əvvəl demişdi: "Vətənpərvərlik yaramazların son dayanacağıdır". Conson özü vətənpərvər idi və təbii ki, onun 300 ildir əhəmiyyətini itirməyən bu kəlamında vətənpərvərliyi istismar edənlər nəzərdə tutulurdu.
Qaldı Beyləqanda baş verən dəhşətli hadisəyə, ona heç bir halda və heç bir şəkildə bəraət qazandırıla bilməz, çünki cəzasız qalan cinayət bir gün hər kəsin qapısını döyə bilər və heç bir "qapı" da bundan sığortalanmayıb. Çünki bu, bir ailənin, bir kəndin, bir rayonun başına gəlmiş ürəkbulandırıcı cinayət deyil, bütöv bir ölkənin faciəsinin ayaq səsləridir.

P.S.: Bu günlərdə yaxın bir dostum belə bir əhvalat danışdı. Onun Britaniyada doğulmuş və orada yaşayan Suriya əsilli tanışı deyirmiş ki, son illər Suriyada insanlar arasında yalançılıq, böhtan, şər, nifrət, kin, həsəd o qədər artmışdı ki, bu mənəvi aşınmanın bir sonu olmalı idi. Təəssüf ki,çox ağır son oldu...